İrəvan İran səfirinin Ermənistan hakimiyyətinin Tehrana düşmən qüvvələri himayə etdiyi barədə əvvəlki iddiasını təkzib edib.
Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan İrana qarşı düşmənçilik hərəkətləri etmir və planlaşdırmır: "Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb, atmayacaq və bu cür proseslərdə iştirak etməyəcək".
Simonyan həmçinin bildirib ki, İran regiondakı bütün ölkələr üçün faydalı layihə olan "Tramp marşrutu"nun işə salınmasından qorxmamalıdır.
SAMİRƏ