Tehran ABŞ-ın İrana hücumu halında ərazisindəki hədəfləri vura biləcəyi barədə Qətərə xəbərdarlıq edib. Bu barədə Washington Post qəzeti yüksək vəzifəli bir məmura istinadən xəbər verir.
Nəşrin məlumatına görə, İran Qətərə məlumat verib ki, belə bir halda əsas hədəf ölkədə yerləşən və Amerika qoşunlarının olduğu Əl-Udeyd hava bazası olacaq.
Bundan əlavə, nəşr yazır ki, İraq potensial münaqişənin yayılmasının nəticələrindən narahatdır. Yerli "Kətaib Hizbullah" hərəkatı İrana hücum halında ABŞ-ı qisas almaqla hədələyib.
SAMİRƏ