Amerikanın Nüvə İranına Qarşı Birlik (UANI) qeyri-hökumət təşkilatı Tramp administrasiyasına İrandakı 50 strateji əhəmiyyətli obyektin koordinatlarını göstərən sənəd təqdim edib.
Bu barədə Daily Mail UANI-yə istinadən xəbər verir.
Məlumatlara İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargahının dəqiq koordinatları daxildir. Ağ Evə, həmçinin, Tehranın müxtəlif rayonlarında yerləşən İİKK-nın dörd qərargahının, eləcə də 23 regional İİKK və Bəsic bazasının (İİKK daxilində bir milis) koordinatları təqdim edilib. Ağ Ev qəzetin məlumatına şərh verməyib.
SAMİRƏ