Türkmənistanın sahil mühafizə xidməti Xəzər dənizində qəzaya uğrayan İran yük gəmisi "Rona"dan SOS siqnalı alıb.
"Vaxtında görülən tədbirlər nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, bunlar İran və Hindistan vətəndaşlarıdır", - deyə RBK-nın məlumatında bildirilir.
Türkmənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, hazırda "beynəlxalq qaydalarla nəzərdə tutulmuş müvafiq prosedurları" həyata keçirir.
SAMİRƏ