TASS-ın mənbəyə istinadən verdiyi məlumata görə, Türkiyə və İranın xarici işlər nazirləri İrandakı vəziyyətlə bağlı telefon danışığı aparıblar.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 13-də telefonla danışıblar və İslam Respublikasındakı son hadisələri müzakirə ediblər.
Söhbətin təfərrüatları açıqlanmır. İrandakı mənbə "Xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Söhbət zamanı son hadisələr müzakirə olunub"- deyə mediaya bildirib.
Xatırladaq ki, İranda 29 dekabrdan bəri etirazlar davam edir və ABŞ müdaxilə edə bilər. Donald Tramp "etirazçılara kömək edə biləcəyini" açıqlayıb.
Yaxın Şərq ölkələri ABŞ-dan İranda hökuməti devirməməyi xahiş edir.
SAMİRƏ