ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın müdafiəsi cəmi iki it xizəyindən ibarətdir.
"Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it xizəyi. Bunu bilirsinizmi?", - deyə dövlət başçısı söhbət etdiyi jurnalistlərin sualına cavab olaraq bildirib.
Amerika liderinin sözlərinə görə, Rusiya hərbi gəmiləri və sualtı qayıqları "hər yerdədir". O, həmçinin Çin esminesləri və sualtı qayıqlarından da bəhs edib.
Bundan əvvəl Britaniyanın "The Mail on Sunday" qəzeti məlumatlı mənbələrə istinadən Donald Trampın ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyanın mümkün işğalı üçün ətraflı plan hazırlamağı tapşırdığını bildirmişdi. Nəşr iddia edir ki, Amerika liderinin adaya olan marağı onun strateji yeri və zəngin mineral yataqları ilə bağlıdır.
"The Telegraph" öz mənbələrinə istinadən bildirib ki, ABŞ Qrenlandiyanı ilhaq etmək istəyində israr edərsə, Avropa Amerika şirkətlərinə qarşı sanksiyalar hazırlayır. Bundan əlavə, Britaniyanın adada NATO missiyasının mümkün yerləşdirilməsi ilə bağlı bir neçə Avropa ölkəsi ilə məsləhətləşmələr apardığı ortaya çıxıb.
Fransanın keçmiş prezidenti Fransua Olland isə ABŞ-ın Qrenlandiyaya qarşı mümkün əməliyyatının Şimali Atlantika Alyansının sonuna gətirib çıxaracağı barədə xəbərdarlıq edib.
SAMİRƏ