İran Prezidenti Məsud Pezeşkian xalqa müraciəti zamanı etirazçıları problemlərini hökumətlə birlikdə həll etməyə çağırıb. O bildirib ki, hökumət onların problemlərini həll etməlidir. Bu barədə iribnews.ir xəbər verir. "Gəlin birlikdə, əl-ələ oturub onları həll edək", - deyə Məsud Pezeşkian bildirib.
O iddia edib ki, Amerika və İsrail ölkəyə "məscidləri yandıran terrorçuları" yerləşdirib. "Bu insanlar bu ölkəyə aid deyil. Əgər kimsə bu ölkəyə aiddirsə, qoy etiraz etsin və biz onların etirazını eşidəcəyik", - deyə Məsud Pezeşkian bildirib.
Prezident Pezeşkian gənc iranlıları aldanmamağa və "iğtişaşçılara və terrorçulara" qulaq asmamağa çağırıb. "Ailələr, sizdən xahiş edirəm ki, gənclərinizin başını kəsib öldürməyə gələn iğtişaşçılar və terrorçularla əlaqə qurmalarına icazə verməyin", - deyə o əlavə edib.
Xatırladaq ki, İranda etirazlar 28 dekabrda paytaxtda milli valyutanın devalvasiyası və qiymətlərin artması səbəbindən keçirilən işgüzar tətildən sonra başlayıb. Etirazlar daha sonra bütün ölkəyə yayılıb. Etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər barədə məlumat verilib.
SAMİRƏ