İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Vaşinqtonun davam edən hökumət əleyhinə iğtişaşlarla əlaqədar İrana hücum ssenariləri hazırladığı barədə məlumatlara cavab olaraq İsrail və ABŞ hakimiyyətinə ünvanlanmış bəyanat yayıb.
Bəyanatında o, İrana qarşı yeni bir hərbi təcavüz başlatdıqları təqdirdə, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdəki İsrail və ABŞ hədəflərinə zərbə endirəcəyini açıqlayıb.
Reuters-in xəbərinə görə, İran parlamentinin sədri İranın əks-hücumunun təkcə hərbi deyil, həm də bölgədəki Amerika nəqliyyat obyektlərini hədəf alacağını vurğulayıb.
"ABŞ-ın İrana hərbi hücumu halında, qanuni hədəflərimiz həm İsrail, həm də Amerikanın hərbi və nəqliyyat obyektləri olacaq"- bəyanatda deyilir.
Siyasətçi Vaşinqton və Təl-Əvivi İrana qarşı aqressiv hərəkətlər etməməyə çağırmaqla yanaşı, Tehranın özünümüdafiə məqsədilə ilk zərbə endirə biləcəyini də irəli sürüb.
SAMİRƏ