Ayətullah Əli Xamnei və Ali Milli Təhlükəsizlik Şurası İran vətəndaşlarını İran İslam Respublikasının xarici düşmənlərinə qarşı birləşməyə çağıraraq, İsraili və ABŞ-ı ölkədəki iğtişaşların gizli təşkilatçıları adlandırıb.
İranın Ali Lideri Əli Xamnei dövlət rəmzlərini məhv edən və hökumət binalarını yandıran etirazçıların bunu xarici maliyyələşmə ilə etdiklərinə əminliyini bildirib.
"İslam Respublikası yüz minlərlə nəcib insanın qanı üzərində qurulub və dağıntı gətirənlərə təslim olmayacaq. Xarici güclərin muzdlularına dözməyəcək. Kim olursan ol, əgər əcnəbilər üçün muzdlu olsan, əcnəbilər üçün işləsən, xalq sənə lənət oxuyacaq"- o deyib.
Xamnei açıq mətnlə bəyan edib ki, etirazçılar ABŞ prezidenti Donald Trampın istəklərinə uyğun hərəkət edir.
"Bir dəstə təcrübəsiz, diqqətsiz və burnundan uzağı görməyən insan Trampa inanır və onu razı salmaq üçün hərəkət edir. Onu razı salmaq üçün zibil qutularını belə yandırırlar"- Ali rəhbər bildirib.
SAMİRƏ