Artıq xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatları sülh müzakirələri üçün ABŞ-a dəvət olunub.
Konqresmen Anna Paulina Luna bildirib ki, ABŞ Konqresinin üzvləri ilə görüşə dəvətnamə dörd Rusiya Dövlət Duması deputatına göndərilib. Görüş ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib və yanvar ayında baş tuta bilər, Luna sosial media saytında X yazıb.
Qeyd edək ki, hələ ötən ilin oktyabr ayında Putinin nümayəndəsi Dmitrov Amerikaya səfər edərkən demişdi ki, bizim deputatlarımız Amerika deputatları ilə danışacaq. Lakin maraqlıdır ki, hər iki tərəf deputatların kimliyi barədə susur.
Xanım Luna bildirib ki, görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqların gedişatı müzakirə olunacaq. Digər mənbələr isə bildirir ki, danışıqlarda əsas müzakirə mövzuları terrorizm və təhlükəsizlik olacaq.
Maraqlıdır, terrorizm və təhlükəsizliklə deputatların nə əlaqəsi?..
SAMİRƏ