Ermənistanın "Müqəddəs Mübarizə" hərəkatının lideri Baqrat Qalstyan barəsində qurulan məhkəməni saxtakarlıq adlandırıb.
O bildirib ki, hərəkata qarşı cinayət işi uydurmadır və yalan materiallara əsaslanır. Arxiyepiskop deyib ki, ittiham aktının əsası kimi istifadə edilən dinləmələrin əhəmiyyətli bir hissəsi deşifrə edilə bilmir: transkriptlər bir çox yerdə "eşidilmir" işarəsi ilə qeyd olunub.
Arxiyepiskop həmçinin qeyd edib ki, məhkəmə iclaslarından sonra o və iş üzrə təqsirləndirilən digər şəxslər İstintaq Komitəsinə çağırılıb və bu, onun fikrincə, prokurorluğun əvvəllər bildirdiyi hadisələr versiyasını qorumaq üçün edilib.
Bundan əlavə, Qalstanyan bildirib ki, son bir ay yarım ərzində Birinci Kanalın ictimai televiziyası ona qarşı ittihamları, o cümlədən xarici kəşfiyyat xidmətləri ilə əlaqələri və terror fəaliyyəti ilə bağlı iddiaları yayımlayıb. Üstəlik, bu cür ifadələrin müəllifləri heç bir məsuliyyət daşımırlar. O, həmçinin İstintaq Komitəsinin rəhbərini tənqid edərək, hələ də verilən suallara cavab vermədiyini bildirib.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan 26 iyun 2025-ci il gecəsi həbs edilib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, "Müqəddəs Mübarizə" hərəkatının üzvləri və liderləri respublikada hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və hərəkətlər planlaşdırıblar.
21 avqustda məhkəmə onun həbs müddətini üç ay uzadıb. 13 noyabrda isə həbs müddəti daha üç ay uzadılıb.
SAMİRƏ