Xaqani Cəfərli: "Maduronun sərvətinin böyük hissəsi Türkiyədədir"
“The New York Times” yazır ki, bir neçə gün əvvəl Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə sürgünə getmək təklif olunub. Maraqlıdır ki, ona ən yaxın müttəfiqləri olan Rusiyaya və ya Çinə deyil, məhz Türkiyəyə getmək təklif edilib. ABŞ-ın bu məsələdə maraqları çox düşündürücüdür.
ABŞ-ın baxışından Türkiyə həm NATO üzvü, həm də Rusiya və Çinlə münasibətləri olan bir ölkədir. Bu baxımdan ABŞ üçün Türkiyə nəzarət edilə bilən bir seçimdir. Əgər Maduro Rusiyaya və ya Çinə sığınsa, bu, ABŞ üçün daha çətin və geosiyasi baxımdan problemlu olardı. Türkiyə həm təhlükəsiz bir mühit təklif edir, həm də ABŞ və Qərb üçün strateji və diplomatik baxımdan əlverişlidir.
Eyni zamanda, bu addım ABŞ-ın Maduroya qarşı təzyiqi davam etdirməsinə, həmçinin Qərb müttəfiqləri qarşısında öz siyasətini nümayiş etdirməsinə xidmət edir. Beləliklə, ABŞ üçün Türkiyənin seçilməsi həm geosiyasi, həm də simvolik baxımdan məqsədəuyğundur: Maduro ölkədən çıxarılır, lakin təhlükəsiz bir mühitdə saxlanılır və Qərbin maraqları qorunur.
Politoloq Xaqani Cəfərlinin fikrincə, Maduronun sərvətinin böyük hissəsi Türkiyədədir. Bu qərarın qəbul edilməsində sözügedən faktorun da təsiri var.
Akif NƏSİRLİ