İsraillilər bir neçə gündür ki, Gürcüstanı tərk edə bilmirlər.
Qara dəniz sahilindəki Batumidə bir neçə gündür ki, ekstremal hava şəraiti hökm sürür, buna görə də şənbə günündən bəri hava limanında uçuşlar ləğv edilib.
Bazar ertəsi axşamı nəhayət, sərnişinlərlə birlikdə İsrair təyyarəsi havaya qalxdı, lakin 30 dəqiqədən sonra təyyarədəki nasazlıq səbəbindən Kutaisi hava limanına eniş edib.
İndi İsrail nə edəcəklərinə qərar verir - yeni təyyarə göndərməli ola bilərlər.
Arkia həmçinin Batumidən İsrailə uçuşları təxirə salıb. Hava şəraiti imkan verdikdə və tam təhlükəsizlik təmin edildikdə uçuşlar bərpa olunacaq.
Yəmənin Sokotra adasındakı turistlər daha da pis vəziyyətdədirlər. Ada Hind okeanında, Yəməndən 350 kilometr aralıda yerləşir və özünəməxsus təbii gözəlliyi ilə tanınır.
Müxtəlif ölkələrdən 400 turist Yeni ili orada qeyd etməyin təhlükəsiz olduğuna qərar vermişdi. Lakin Yəmən vətəndaş müharibəsi dövründə ölkədə qarşıdurmaya girən qüvvələri dəstəkləyən Səudiyyə Ərəbistanı və BƏƏ arasında münaqişəyə qarışıb. Sokotraya uçuşlar ləğv edilib.
Qalan turistlər arasında amerikalılar, ruslar, fransızlar, polyaklar, çinlilər və britaniyalılar var. Onlar indi hökumətlərini onlar üçün xilasetmə təyyarələri göndərməyə çağırırlar.
SAMİRƏ