The New York Times qəzetinin danışıqlardan xəbərdar olan Amerika və Venesuela mənbələrinə istinadən verdiyi məlumata görə, dekabrın sonunda ABŞ Venesuela prezidenti Nikolas Maduroya könüllü istefa vermək və Türkiyəyə getmək imkanı təklif edib. Qəzetin məlumatına görə, sözdə "qızıl sürgün" variantı müzakirə olunub.
Qəzetin mənbələrindən biri, ABŞ-ın yüksək vəzifəli rəsmisi Maduronun Türkiyəyə getməsinin 23 dekabr 2025-ci ildə təklif olunan razılaşmanın bir hissəsi kimi nəzərdən keçirildiyini bildirib. Lakin onun sözlərinə görə, Maduro "planı qəzəblə rədd edib". Elə həmin gün ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun könüllü istefa verməsinin ağıllı addım olacağını bildirib.
Xatırladaq ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakas şəhərinə kütləvi hava hücumları təşkil edib, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tutulub və Nyu-Yorkdakı Bruklin həbsxanasına köçürülüb. Donald Tramp Venesuela hökumətini narkoterrorizmdə əlbir olmaqda ittiham edir.
SAMİRƏ