Bu gün Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir. Bakı Konqres Mərkəzində təşkil olunan tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət-din münasibətlərinin möhkəmləndirilməsi, dünyəvilik prinsipinin, vicdan azadlığının və multikultural dəyərlərin təşviqinə həsr olunub.
Forum Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə dair videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə yerli və xarici rəsmi şəxslər çıxış edir, panel müzakirələrində isə dövlət-din əməkdaşlığı, dini maarifçilik, gənclərin və qadınların sosial-mənəvi inkişafı mövzuları müzakirə olunur.
Akif NƏSİRLİ