çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Heydər Əliyev: XX əsrin dühası, müasir Azərbaycanın qurucusu və xilaskarı

Image


“Anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canim, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafina, tərəqqisinə həsr etmişəm”.

Ulu Öndər Heydər Əliyev

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür. Heydər Əliyev Azərbaycan dövlətinin müstəqillik amalını və milli mübarizəsini gerçəyə çevirmiş və adını milli dövlət yaddaşına əbədi yazdırmış Xilaskardır. Ulu Öndər dövlətə, dövlətçiliyə, canı qədər sevdiyi Azərbaycana hansı dərəcədə bağlı olduğunu əsrlərə sığmayacaq möhtəşəm fəaliyyəti ilə təsdiqləmişdir.

Ulu Öndər enerjili, dəmir iradəli və qətiyyətli kadr kimi gənclik illərindən Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə özünəməxsus fəaliyyəti ilə töhfə verməyə başlamışdır. Dövlət təhlükəsizlik orqanlarında məsul vəzifədə çalışdığı dövrdə onun üçün ali məramlardan biri olan millilik, düzgünlük və ədalətlilik iş prinsipində başlıca meyar idi. Qorxmazlığı, cəsurluğu və qətiyyəti sovet nomenklaturasının bürokratik aparatı tərəfindən qısqanclıqla qarşılanır və çox vaxt təqiblərlə üzləşirdi.

Əsasən ermənilərin və qeyri millətlərin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirdiyi Dövlət Təhlükəsizlik Komitəsindəki anti-azərbaycan qüvvələrinə qarşı mübarizə aparmaq o dövrdə olduqca riskli bir iş idi. Ancaq Heydər Əliyev həyatını təhlükəyə ataraq sanki ölümünü gözə almışdı, mübarizliyi ilə daha da irəli gedirdi. Bu haqda danışarkən deyirdi ki, ağır bir mühitdə işləmək çox çətin idi, “Nə qədər əziyyət çəkdim ki, Azərbaycana xəyanət etmiş insanlardan bu orqanı xilas edək, yeni adamlar cəlb edək, sağlamlaşma işi aparaq. O qədər çətin oldu ki, mənə qarşı fitnələr etdilər. Bir müddət həmin vəzifədən getməli oldum. Mən 1955-ci ildə öz cəsarətli addımlarımın qurbanı oldum. Ancaq inadımdan dönmədim. Bir-iki ildən sonra yenə həmin vəzifəyə təyin etdilər”.

Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanına rəhbərlik etdiyi dövrdə prinsipial qərarını gerçəkləşdirdi, milliləşmə prosesi, milli mənafelərimizin qorunması geniş vüsət aldı, yüksək peşəkar kadrlar yetişdirdi, eyni zamanda, gələcək müstəqil Azərbaycan üçün milli təhlükəsizlik potensialını formalaşdırdı. Azərbaycanlı generalın intizamlı iş üslubunu SSRİ rəhbərliyi qəbul etməyə məcbur olaraq gətirdiyi yenilik və dinamikliyi hətta digər ittifaq respublikalarında da əxz etməyə çalışırdı.

Heydər Əliyevin 25 il çalışdığı təhlükəsizlik orqanlarındakı nümunəvi fəaliyyəti və idarəçilikdəki misilsiz yeniliklər yaratmaq istedadı sovet rəhbərliyini onu Azərbaycan Respublikasının ali rəhbəri vəzifəsinə təyin edilməsi barədə qərar verməsində həlledici amillərdən biri oldu.

Ulu Öndər Mərkəzi Komitənin rəhbəri seçildiyi ilk gündən özünəməxsus iş üslubunu idarəetmə aparatının bütün qollarında tətbiq etməyə başladı. Respublikanın və cəmiyyətin inkişafını əngəlləyən bürokratizm, korrupsiya, durğunluq və süründürməçilik hallarına qarşı həyata keçirdiyi aramsız mübarizə tədbirləri ötən əsrin 70-ci illərində Azərbaycanın ictimai-sosial, iqtisadi, elmi-mədəni mühitində tamamilə yeni ab-hava, münbit sağlam ruh və işgüzarlılığı bərqərar etdi. İttifaq respublikaları sırasında geridə qalan Azərbaycanın inkişaf strategiyası müəyyənləşdi.

“Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməlidir” deyən Heydər Əliyev əhatəli və dönməz islahatlar proqramı həyata keçirdi.

Onun iqtisadiyyatı, sənayeni dərindən bilməsi və hər bir layihəni elmi-iqtisadi cəhətdən peşəkarcasına əsaslandırmaq qabiliyyəti SSRİ rəhbərliyi tərəfindən qeyd-şərtsiz qəbul olunurdu. Məhz o illərdə ən nəhəng sənaye müəssisələrinin, Bakı Kondisionerləri Zavodunun, Bakı Dərin Özüllər Zavodunun inşası Ulu Öndərin SSRİ Nazirlər Soveti qarşısında aylarla apardığı əzmkar mübarizə sayəsində ərsəyə gəldi. Eləcə də, o dövr üçün çətin və həddindən artıq maliyyə tələb edən metro tikintisinin geniş sənaye hərəkatına çevrilməsi Ümummilli Liderin sarsılmaz əməyinin nəticəsi, “Ulduz”, indiki “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Nizami”, “Depo”, “Elmlər Akademiyası”, “Memar Əcəmi” stansiyalarının tikintisi bu qətiyyətin bəhrəsidir.

Heydər Əliyev 70-ci illərdə Azərbaycanın regionlarının inkişafında da əsaslı dönüş yaratdı. Paytaxt Bakı ilə yanaşı, iri sənaye şəhərlərinin inkişafı regionlarda yüz minlərlə insanın işlə təmin olunmasına səbəb oldu. Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048- ə çatdırıldı. Sənaye istehsalı bir neçə dəfə artaraq ümumi daxili məhsulda 1970-ci ildəki 30 faizdən 1982-ci ildə 70 faizə yüksəldi. Sənaye müəssisələrində istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu, SSRİ miqyasında ən böyük iqtisadi hadisə idi.

Ulu Öndər deyirdi ki, mənim yaratdığım hər bir şey əzizdir. “Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Totalitar rejimin hökmranlıq etdiyi bu mürəkkəb tarixi şəraitdə qorxmaz, prinsipial, cəsarətli və dürüst rəhbər kimi o, ideoloji-siyasi əngəllərə sinə gərərək Azərbaycanı düzgün milli inkişaf yolu ilə irəliyə aparırdı. Onun ictimai şüurdakı qorxunu darmadağın etməsi cəmiyyətdə intibah və milli özünüdərk hisslərini gücləndirmiş, xalqın mili adət-ənənələrə bağlılığı, soy-kökünə qayıdışı prosesi də qarşısıalınmaz ictimai-sosial prosesə çevirmişdi. 1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən üç cildlik “Müasir Azərbaycan dili” dərsliyinin çapı, Konstitusiyamızda Azərbaycan dilinin rəsmi dil kimi qəbul edilməsi ana dilinə böyük ehtiramın nümunəsi idi.

Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq məfkurəsinin daşıyıcıları olan ziyalıların hamisinə çevrilmişdi, daim onları sanki çətirə altında qoruyurdu. Ziyalı elitasının, elm və mədəniyyət xadimlərinin, ictimai fikrin, düşüncənin sahibi olan azad fikirli insanların arxa-dayağı olmaqla, onları milli fikrin və azərbaycançılığın təbliğinə yönələn əsərlər yaratmağa ruhlandırırdı.

Həmin illərdə millətçilikdə günahlandırılan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri dəfələrlə imperiyanın təqiblərindən xilas edən Heydər Əliyev əsl milli rəhbər kimi başqa ittifaq respublikalarında da rəğbət qazanmışdı. Sovet rəhbərliyi Ziya Bünyadovun o dövrdə nəşr olunmuş “Atabəylər dövləti” kitabını dövlət mükafatına layiq gördüyünə görə, Heydər Əliyevi millətçilikdə ittiham edirdi. Ancaq siyasi basqılardan bir addım geri çəkilməyən Ulu Öndər milli ideologiyanı təbliğ edən sanballı əsərlərə, film və musiqi əsərlərinə daha geniş və münbit şərait yaradırdı.

“Gülüstan” poemasına görə təqiblərə məruz qalmış Bəxtiyar Vahabzadənin həbs olunmasının qarşısını alan, neçə-neçə elm və incəsənət xadimini sovet imperiyasının hücumlardan qoruyan Heydər Əliyev milli amal uğrunda dayanmadan çalışırdı.

Görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirməsi, Suriyaya səfəri zamanı klassik Azərbaycan şairi İmadəddin Nəsiminin qəbrini ziyarət etməsi, digər saysız-hesabsız vətənpərvərlik nümunələri milli irsə ehtiramla yanaşı, heç bir siyasi riskdən çəkinməyən nəhəng şəxsiyyət olduğunu təsdiqləyirdi.

Bu, onun Ən Böyük Azərbaycanlı olduğunu və “Anam məni Azərbaycan üçün dünyaya gətirib” müdrik kəlamının ecazkar qüdrətini, ümummilli zənginliyini nümayiş etdirir.

Ulu Öndər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə bugünkü Azərbaycan üçün güclü və peşəkar kadr institutunu da formalaşdırdı. Respublikanın ali və orta ixtisas təhsil şəbəkəsi genişləndirildi, SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. O, ali təhsil almağa göndərdiyi gəncləri “Azərbaycanın milli sərvəti” adlandırır, onlara böyük etimad göstərərək yüksək dövlət vəzifələrinə təyin edirdi.

Azərbaycanın milli ordu quruculuğunun sütunları da bu mürəkkəb dövrdə qoyuldu, milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması sayəsində azərbaycanlı peşəkar hərbçilər nəsli formalaşdı. Ümummilli Lider 2002-ci ildə C.Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşdə qeyd edirdi ki, “Mən hələ 30 il bundan öncə müstəqillik haqqında – bəlkə də bunu çox az adam düşünə bilərdi, yaxud ağlına gətirə bilərdi, düşünüb hərbi məktəb yaratmışdım. Naxçıvanski adına Hərbi lisey 30 il ərzində Azərbaycana böyük xidmətlər göstəribdir”.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilən Heydər Əliyev bu məsul kürsüdə çalışarkən də öz doğma xalqına, vətəninə sədaqətlə qulluq etmiş, Azərbaycanla heç vaxt əlaqələrini kəsmirdi, respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Azərbaycanın iqtisadi-sosial, ictimai-siyasi, humanitar həyatı ilə yaxından maraqlanır, baş verən prosesləri daim nəzarətdə saxlayırdı.

Heydər Əliyev 1985-ci ildə ittifaq daxilində başlanan siyasi böhranın dövlətin iflasına gətirib çıxaracağını görür, bu hakimiyyətin sonu olmayacağını çəkinmədən bildirirdi. “Sovet cəmiyyəti, dövlət idarəçilik sistemi siyasi və iqtisadi böhran şəraitindədir. Millətlərarası münasibətlər son dərəcə kəskinləşmişdir. Sovet İttifaqı dağılmaqdadır. Son beş ildə Qorbaçov xalqa çox vədlər versə də, heç birini həyata keçirə bilməmişdir. Nəticədə sözlə əməl arasında boşluq, siyasi rəhbərliklə xalq arasında uçurum əmələ gəlmişdir. Xalqın rəhbərliyə etimadsızlığı, adamların sabaha ümidsizliyi artmışdır. Kommunist Partiyası nüfuzunu itirmişdir”.

1987-ci ilin oktyabrında Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verən Heydər Əliyev kəskin bəyanatları ilə SSRİ rəhbərliyinin yarıtmaz fəaliyyətini ifşa edirdi. 1990-cı il Qanlı Yanvar hadisələri zamanı SSRİ rəhbərliyinin cinayətkar əməllərini dünyaya bəyan etməsi, Mixail Qorbaçovun və əlaltılarının ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq, həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı mətbuat konfransı keçirməsi cəmiyyətdə və dünya miqyasında böyük rezonans doğurdu.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşərək müstəqil Azərbaycanın azadlıq mücadiləsini çiyinlərinə götürdü. Onun fəaliyyətinin ən mühüm və müasir tarixi mərhələsi də məhz Naxçıvana qayıdışı ilə bağlıdır. Özünün də qeyd etdiyi kimi bu qayıdış tarixin və zamanın hökmü idi.

Heydər Əliyev həmişə müstəqillik amalı ilə yaşamışdır. O bildirirdi ki, “Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi”. 1991-ci il sentyabrın 3-də on minlərlə naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu, milli dövlətçiliyinin əsaslarının yaradılması üçün qarşısıalınmaz siyasi proses start götürdü, Azərbaycanın addım-addım milli müstəqilliyinə qovuşdurdu.

Ümummilli Liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu.

O, Muxtar Respublikada Azərbaycanın Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrini bərpa etməklə, ağır blokada sədlərini də darmadağın etdi. Eyni zamanda xalqımızın milli birlik və milli ideya ətrafında sıx birləşdirməklə həmrəyliyi legitimləşdirdi. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bunun bariz təzahürüdür. Eyni zamanda, üçrəngli bayrağımızın Naxçıvanın Ali Məclisində dalğalanması Heydər Əliyevin müstəqil Azərbaycanın milli atributlarını bərpa etməsinin fədakarlıq simvolu idi.

1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsasının qoyulması ilə Azərbaycanın siyasi taleyində fundamental dəyişikliklərin növbəti mərhələsi başlandı.

1993-cü ildə Azərbaycan çətin sınaq qarşısında olanda, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşanda Heydər Əliyev xalqın milli xilaskarı kimi hakimiyyətə gəldi. Onun Azərbaycana ikinci dəfə rəhbərlik etməsindən sonra ölkəmizdə dərhal ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi, antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində ölkəmiz unikal inkişaf yolu keçərək etibarlı tərəfdaş səviyyəsinə ucaldı, dünyada öz layiqli yerini tutdu. Ulu Öndərin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, BMT və digər mötəbər beynəlxalq tribunalardan səsləndirdiyi qətiyyətli bəyanatlar, təqdim etdiyi əsaslı fakt və materiallar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Onun unikal xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünya dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana olan münasibəti kökündən dəyişdi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunması dünya birliyində qəbul edilən gerçəkliyə çevrildi.

1996-cı il Lissabon Sammitində ilk dəfə olaraq Ermənistanı çıxmaq şərti ilə ATƏT-in bütün üzvləri (53-ü) münaqişənin həll edilməsində ədalətli yanaşma sərgiləyərək Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədilər. Eləcə də, BMT, Avropa Şurası, ATƏT, İƏT və digər mötəbər təsisatların qəbul etdiyi qərar və qətnamələrdə Ermənistanın təcavüzkar dövlət olması təsbit olundu.

Uğurlu xarici siyasət konsepsiyasının mühüm nailiyyətlərindən biri kimi Ümummilli Liderin 18 dekabr 1997-ci il tarixli “1948‒1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlarını qeyd etmək mümkündür. Bu mühüm sənədlərin təşviqi istiqamətində yürüdülən məqsədyönlü siyasət də Ermənistanın dünya birliyində işğalçı simasının tanıdılmasında əhəmiyyətli rol oynadı.

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyəti Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvünə çevirdi. BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İƏT, QDİƏT və sair təşkilatlarla yanaşı, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təsisatlarda da fəal əməkdaşlıq genişləndi.

Qarabağı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Onun bu arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vaxtilə Heydər Əliyevin əsasını qoyduğu hərbi məktəbin məzunları, qəhrəman Azərbaycan övladları başa çatdırdılar.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”.
Ulu Öndərin sarsılmaz və əbədi idealları onun siyasi kursunun davamlılığındadır. Bu ideallar onun siyasi varisi, ismi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan İlham Əliyevin müdrik fəaliyyəti ilə davam etdirilir.

Ramid Namazov

Milli Məclisin deputatı,

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ