Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində, Almaniyanın Xarici Siyasət Şurasında keçirilən görüşlərdə Türkiyə ilə münasibətlər barədə danışıb. Erməni baş nazir bildirib ki, son dövrlərdə Ermənistanla Türkiyə arasında təmasların intensivləşməsi baş verib. SİTAT: "Praktikada, de-yure diplomatik münasibətlər olmasa belə, rəsmi Ankara ilə çox fəal danışıqlar aparır və münasibətlər saxlayırıq", - Ermənistan hökumətinin rəhbəri vurğulayıb.
Mətləb Salahov