D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev mühüm açıqlamalarla çıxış edib. Nazir müavini qeyd edib ki, ölkəmiz qısa müddətdə D-8 təşkilatı çərçivəsində önəmli addımlar atıb, əməkdaşlıq sahələrini müəyyənləşdirib və islahatlarda iştirak etməyə çalışıb. SİTAT: "Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir. Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir. Bugünkü dialoq gənclərin inkişafı və dayanıqlı şəhərlərin formalaşması mövzularına həsr olunub. Dünya texnologiya və iqlim sahələrində inkişaf edir. Biz bu prosesdə tam iştirak etməliyik".
Mətləb Salahov