Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Bu barədə Türkiyənin Kommunikasiya İdarəsi rəsmi açıqlama yayıb. Məlumatda qeyd edilir ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. "Söhbət zamanı tərəflər Türkiyə və Fransa arasında ikitərəfli münasibətləri, Ukrayna-Rusiya müharibəsini, həmçinin regional və qlobal gündəliyə dair məsələləri müzakirə ediblər. Bundan başqa, Cənubi Qafqaz, Qəzza zolağı və Suriyada mövcud vəziyyət müzakirə edilib", - məlumatda qeyd olunub. Türkiyə lideri E.Makronun diqqətinə çatdırıb ki, rəsmi Ankara Ukraynada sülhün mümkün qədər tez bir zamanda əldə olunması üçün əlindən gələni etməyə hazırdır.
Mətləb Salahov