Ukraynada antikorrupsiya çərçivəsində daha bir məmur hədəfə alınıb. Belə ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın ofisinə daxil olaraq, axtarış aparırlar. Bu barədə “Baza” məlumat yayıb. Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, NABU və SAPO Yermaka qarşı istintaq tədbirləri həyata keçirir.
Mətləb