Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil və mədəni identikliyin birləşdirdiyi regionun aparıcı təşkilatlarından biri kimi mühüm rol oynayır.
"Təşkilat siyasi və iqtisadi sahələrlə yanaşı, informasiya və media kimi həyati əhəmiyyətli bir sahədə də əməkdaşlığı dərinləşdirməyə çalışır. İnformasiya, media əməkdaşlığı TDT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. İllik əsasda keçirilən toplantılar, işçi qrup iclasları, koordinasiya komitələri, seminar və təlimlər üzv dövlətlərin media sahəsi ilə bağlı peşəkarlarını bir araya gətirən səmərəli mexanizmdir. Azərbaycan üçün TDT çərçivəsində bu sahədə fəal əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".
Mətləb Salahov