Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə çıxış edib. Nazir bəyan edib ki, 2028-ci il yanvarın 1-dən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 5 milyon tona çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, gələcəkdə bu göstəricini ildə 15 milyon tona qədər artırılacaq. SİTAT: "Dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam etdirilir. Cari ilin sonunadək xəttin yenidən qurulması başa çatacaq, paralel olaraq Ələt-Osmanlı-Astara xəttində tikinti və bərpa işləri aparılır". Mətləb