Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət nümayəndələrini ölkədə keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyə çağırıb. "Mən müxalifəti Mərkəzi Seçki Komissiyasının açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və qəbul etməyə çağırıram", - deyən Kobaxidze jurnalistlərə bildirib ki, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası əhalinin 60 faizinin dəstəyinə malikdir.
Şənbə günü səhər saatlarında Kobaxidze Tbilisidəki seçki məntəqəsində səs verib: "Biz özümüzə bir daha xatırlatmalıyıq ki, bu seçkilər referendumla müəyyən edilən ən fundamental, həlledici seçkilərdir".