Norveç hökuməti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun layihəsi hazırlayır. Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe VG-yə müsahibəsində deyib.
Hazırda ölkədə yaş məhdudiyyəti mövcuddur. Belə ki, sosial şəbəkələrdən istifadəyə 13 yaşdan icazə verilir. Bununla belə, Norveç Media Təşkilatının araşdırmasına görə, 9-11 yaşlı uşaqların yarısından çoxu hələ də bu platformalardan fəal şəkildə istifadə edir. Baş nazir vurğulayıb ki, dövlət uşaqları alqoritmlərin gücünün təsirindən qorumaq üçün müdaxilə etməyə borcludur.
Mətləb