ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. Bu barədə NBC telekanalı məlumat yayıb. Məlumata görə, hadisə oktyabrın 20-də axşam saatlarında göyərtəsində biri uşaq olmaqla 4 nəfərin olduğu şəxsi helikopterin radio qülləsinə çırpılması nəticəsində baş verib. Qəza yerində yanğının baş verdiyi bildirilir. İnsidentlə bağlı araşdırmalara başlanılıb.
Mətləb