Cümə günü, 09 oktyabr 2026
     

ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

Image


Beynəlxalq siyasətdə hər bir addımın, xüsusən də qlobal hegemonluğa iddialı bir ölkə tərəfindən atılan addımın mütləq mənada rasional və məntiqi izahı olmalıdır. Gözləntilərin əksinə olaraq indiki ABŞ rəhbərliyinin Azərbaycanla bağlı siyasi demarşlarında belə bir rasionalizmi və məntiqi görmək mümkün deyil.

Bu günlərdə Vaşinqtondan Azərbaycana açıq təzyiq siqnalları gəlməkdədir. Primitiv məzmunlu bu siqnalların birbaşa ölkənin yüksək səviyyəli siyasi şəxslərindən yox, onlara yaxın siyasi fiqurlardan gəlməsi də asan başa düşülən taktikadır. ABŞ siyasətçiləri ölkəmizə qarşı təzyiq siyasətini həm də 5-ci kolonun vasitəsilə aparır. Lakin Amerika siyasətçiləri bir şeyi anlamırlar ki, ABŞ-a və Avropaya sığınaraq onun büdcəsindən maliyyələşən və "insan hüquqları və söz azadlığı" pərdəsi altında gizlənən heç bir agent və ya onların xaricdə təsis etdikləri media qurumları Azərbaycan cəmiyyətini ABŞ-nin haqqın tərəfində olduğuna inandıra bilməz.

Buna hər şeydən əvvəl ABŞ-nin bölgəmizdə apardığı siyasət imkan yaratmır. ABŞ-nin həmişə birtərəfli qaydada Ermənistanın xeyrinə addımlar atdığını və Azərbaycanın maraqlarını nəzərə almadığını göstərən çoxsaylı təkzibedilməz faktlar var. Azərbaycan torpaqlarının işğala məruz qaldığı halda, Şuşanın və Laçının işğalı ərəfəsində, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı ərəfəsində Amerika Konqresində Azadlığa dəstək Aktına 907-ci düzəlişin qəbul edilməsini Azərbaycan xalqı hələ də anlamır və bunu siyasi əxlaqsızlıq aktı kimi qəbul edir. BMT üzvü olan müstəqil dövlətin ərazi bütövlüyünü dəstəkləmək əvəzinə Qarabağ separatçılarına ABŞ-dən hər il maliyyə yardımının ayrılması da Azərbaycanın suverenliyinə qarşı təcavüzə dəstək aktı kimi anlaşılır. ABŞ ideoloqlarının və onların Azərbaycanda və ABŞ-nin özündəki 5-ci kolonun isə buna inandırıcı izah və ya hər hansı əks arqument gətirmək imkanı yoxdur. Dünyada demokratiyanı və azadlığı dəstəklədiyini iddia edən ABŞ qonşu ölkənin 20% ərazisini işğal etmiş və etnik təmizləməyə məruz qoymuş, bölgədə Rusiyanın maraqlarını təmsil edən Ter-Petrosyan, Koçaryan və Sarqsyan hökumətlərinə dəstək verməsini hansı şüarlarla ört-basdır edə və ya izah edə bilər?!

Həmin illərdə Azərbaycan cəmiyyəti məhz BMT-dən, ABŞ-dən, NATO-dan və ümumiyyətlə, özünü ədalət etalonu adlandıran kollektiv Qərbdən beynəlxalq qanunlara istinad edərək dövlətimizin haqlı mövqeyinə dəstək verilməsini gözləyirdi. Lakin törətdiyi etnik təmizləməyə, ölkəmizin ərazilərinin 20%-nin işğalına, təbii sərvətlərimizin vəhşicəsinə talan edilməsinə, məscidlərimizin, mədəniyyət abidələrimizin dağıdılmasına, şəhərlərimizin, yurd yerlərimizin xarabazarlığa çevrilməsinə görə Ermənistana qarşı heç bir sanksiya tələbi ortaya çıxmadı. Azərbaycan Ermənistanı təkbaşına məğlub etdikdən, özünün suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra isə amerikalı konqresmenlər tərəfindən ölkəmizə qarşı fasiləsiz hücumlar başlandı. Azərbaycan cəmiyyəti aydın başa düşür ki, onların bir çoxu ABŞ-dəki erməni diasporu ilə sıx əlaqədə olan və erməni lobbizmi vasitəsilə ilə külli miqdarda qeyri-qanuni gəlir əldə edən Robrt Menendes, Frank Pallone, Adam Şiff kimi korrupsionerlərdir. Onların arasında hətta Ermənistan maraqlarına xidmətlərinə görə Ermənistanın dövlət mükafatlarına layiq görülənlər də var.

Bütün bunlara görə Azərbaycan ictimaiyyəti haqlı olaraq bizdən ABŞ-nin Azərbaycan əleyhinə apardığı siyasətə Milli Məclis və hökumət tərəfindən adekvat cavab verilməsini gözləyir. Milli Məclis üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər nazirinə rəsmi müraciət etməsinin səbəbi də elə budur. Biz torpaqlarımızın işğaldan azad edilməsi və bununla da beynəlxalq hüququn həyata keçirilməsi və ədalətin təntənəsi üçün canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətini və zəfərini sanksiya təzyiqləri ilə dəyərdən salmaq cəhdlərinə göz yuma bilmərik.

Təxminən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) bölgədəki status-kvonu saxlamaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz gücünə erməni işğalına son qoyub. Məhz həmsədr ölkələrin yerinə yetirməli olduğu BMT qətnamələrini Azərbaycan dövləti və Ordusu təkbaşına icra edib. Ermənistan isə cəmi son iki il ərzində ABŞ başda olmaqla Rusiyaya qarşı formalaşmış Qərb koalisiyası tərəfindən qoyulmuş sanksiyalardan yan keçməklə Rusiya ilə ticarət dövriyyəsini 15 milyarda yaxınlaşdırıb. Bunu Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla sonuncu Moskva görüşündə açıqladığı rəqəmlər də sübut edir. "Ticarət dövriyyəsi ötən il 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2,5 dəfə artıb. Əgər biz bu templə hərəkət etsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir". Ermənistan kimi cırtdan bir dövlətin Rusiya ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinin nədən ibarət olduğunu anlamamaq mümkün deyil. Aydındır ki, praktiki olaraq heç bir istehsalı olmayan kiçik Ermənistanla Rusiya arasında bu həcmdə ticarət dövriyyəsi yalnız erməni tərəfinin Qərbin sanksiyalarından yan keçməsində iştirakı ilə mümkündür. Bütün bunların Vaşinqtondan görünməməsi mümkün deyil. Onların Ermənistanla İran arasındakı sıx əlaqələrdən də kifayət qədər xəbəri var. Əslində, İrəvan və Tehran özləri də isti münasibətlərini heç vaxt gizlətməyiblər. Deməli, Rusiya və İrana qarşı kimi görünən ABŞ əslində Rusiya ilə ticarət dövriyyəsini sürətlə artıran, İranla hərbi-siyasi müttəfiqliyini dərinləşdirən Ermənistanı dəstəkləyir. Paradoks göz qabağındadır.

Bütün bunlardan yalnız bir nəticə çıxarmaq mümkündür: ABŞ və Avropa Birliyinin Ermənistanın işğalçı – revanşist maraqlarına uyğun olaraq Azərbaycana təzyiq göstərmək cəhdləri siyasi ikiüzlülükdən başqa bir şey deyil. Belə bir paradoksal vəziyyətdə Azərbaycan hökumətinin addımları daha praqmatik və daha təsirli olmalıdır. Mövcud reallıqları nəzərə alaraq Azərbaycan ABŞ-la siyasi münasibətlərini minimum səviyyəyə endirməlidir. Cənubi Qafqaz bölgəsinin ümumi iqtisadiyyatının 80%-dən çox hissəsinin Azərbaycana məxsus olduğunu nəzərə aldıqda bu ABŞ üçün bütün Cənubi Qafqazın faydalı tərəfdaş qismində itirilməsi anlamına gəlir. Şərq-Qərb və Şimal-Cənub tranzit yollarının Azərbaycanda kəsişməsi bütövlükdə Avrasiyanın vahid siyasi, iqtisadi və mədəni məkanda birləşməsinə xidmət edən bir dəyərdir və bu Azərbaycanın üstünlüyüdür. ABŞ isə erməni lobbisinin dayağında gedərək antiazərbaycan isteriyasını gücləndirməklə bu üstünlükdən qarşılıqlı şəkildə faydalanmaq fürsətini əldən verə bilər. Əgər ABŞ-la Azərbaycan arasında münasibətlərin harmoniyasını və praqmatikliyini dağıdan qüvvələrin son məqsədi budursa, rəsmi Vaşinqtonun "strateji dühasına" ancaq heyrətlənmək olar.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ