Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub

Image


Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilən tədbirə Böyük Britaniyanın enerji təhlükəsizliyi və "xalis sıfır" emissiyalar üzrə dövlət katibi Ed Milibend, beynəlxalq iqlim və enerji naziri Kerri Makkarti, Britaniyadakı diplomatik korpusun marşalı Alisteir Harrison, COP26-nın Prezidenti, Britaniya parlamentinin Lordlar Palatasının deputatı Alok Şarma, Britaniya Baş nazirinin Azərbaycan üzrə keçmiş Ticarət elçisi Baronessa Nikolson, parlamentarilər Baronessa Uddin, Bob Bləkmən, Lord Maknikol, Britaniyadakı diplomatik korpus nümayəndələri, o cümlədən Londondakı diplomatik korpusun duayeni – Hondurasın Britaniyadakı səfiri İvan Romero Martinez, həmçinin COP Sədrlikləri Troykasına daxil olan Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirləri, The City of Londondan yüksək vəzifəli nümayəndələr, Commonwealth Millətlər Birliyi Təşkilatının Londondakı qərargahının təmsilçiləri, Britaniya xarici işlər nazirliyi və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, BP şirkətinin istehsalat və əməliyyatlar üzrə vitse prezidenti Gordon Birrell, səfirliyin yerləşdiyi Londonun Kensington və Çelsi Bələdiyyəsinin üzvləri, Britaniyada fəaliyyət göstərən çoxsaylı iqlim mütəxəssisləri və sairə şəxslər iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasında keçirilən ilk rəsmi tədbirin COP29-a həsr olunmasının olduqca mötəbər hadisə olduğunu və bu vacib tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Milibandın iştirak etməsinin rəmzi məna daşıdığını deyib.

Səfir ilin sonuna doğru COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. E.Süleymanov bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkür ifadə edib.

Elin Süleymanov, həmçinin bir neçə gün öncə Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü zamanı Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə, eləcə də Britaniyanın xarici işlər naziri David Lammy ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən səmimi görüşə görə Britaniya tərəfinə minnətdarlıq edib.

Səfir ölkəmizin Britaniyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istiqamətində səylərini yüksək qiymətləndirdiyini deyib. Daha sonra COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edib. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak etmək üçün Britaniyaya işçi səfər etməsinə istinad edən nazir Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında keçirilən COP29-a həsr olunmuş tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb.

Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını vurğulayan M.Babayev iyun ayının sonlarında London İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Britaniyaya baş tutan səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərdən söz açıb. Bu xüsusda o, Millətlər Birliyi Təşkilatının Baş qərargahında kiçik ada dövlətlərinin səfirləri ilə keçirilmiş görüşə toxunaraq bu dövlətlərdə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yardım məqsədi ilə Azərbaycanın adıçəkilən təşkilatla yaxından əməkdaşlıq etdiyini qeyd edib.

COP26-nın ev sahibi olmuş Britaniyanın olduqca vacib tərəfdaş olduğunu deyən M.Babayev Britaniyalı həmkarlara Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurlu keçməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib. Londona hazırkı səfəri çərçivəsində dayanıqlı bazarlar təşəbbüsünün müzakirə edilməsi üçün özəl sektor və maliyyə institutları ilə rəsmi görüşlər keçirəcəyini deyən COP29-un müəyyən olunmuş prezidenti M.Babayev ölkəmizin COP29 çərçivəsində gördüyü işlər və irəli sürülən təşəbbüslərdən danışıb.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və "xalis sıfır" emissiyalar üzrə dövlət katibi Ed Milibend öz çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasının ilk rəsmi tədbirində iştirak etməkdən şərəf duyduğunu bildirib. Ed Miliband iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inandığını qeyd edib. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ