Bazar günü günü, 11 oktyabr 2026
     

Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir

Image



Bakıda keçirilən "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində olub. Bir sıra ölkələrin mətbu orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışından sitatlar verilib.

Rusiyanın "News.ru" nəşri Prezident İlham Əliyevin Fransanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qeyri-adekvat reaksiyasını pisləməsindən yazıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib: "Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır".

"Vestnik Qafqaza" agentliyi Azərbaycan Liderinin "İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb" fikirlərini önə çıxararaq, Fransanın regionda sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb. Prezident İlham Əliyevin Forumda çıxışına həsr olunmuş materialda, həmçinin bildirilir ki, rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları ilə razılaşmır. Nə qədər ki, Makron erməni revanşizmini dəstəkləyir, Fransa vasitəçi statusuna namizəd ola bilməz və beləliklə, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirakı şansı azalır.

TASS, "RBK" agentlikləri, "Arqumentı i faktı", "Lenta.ru", "Qazeta.ru" və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Dövlətimizin başçısının Azərbaycanın Qarabağ məsələsi öz həllini tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara çatdırıblar.

Dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışı İran mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin "Tasnim", İSNA, "Hayat", "Donya-e-eqtesad". "Shahrarnews" saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində iş apardığı qeyd olunur. Dövlətimizin başçısının "İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq" fikrinə diqqət çəkən media qurumları Azərbaycan Prezidentinin sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bildirdiyini qeyd ediblər.

Məqalələrdə, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Forum rəsmi Bakının sülhməramlı niyyətindən xəbər verir. Vurğulanır ki, Qlobal Bakı Forumu 2013-cü ildən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq müzakirə platformasında dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndə iştirak edir. Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri var. Forumun işinə 80-dən çox sabiq prezident və Baş nazir qatılıb.

Forumda dünyanı narahat edən problemlər və onlardan çıxış yolları müzakirə olunur. Müasir dövrdə geosiyasi gərginliyin artdığı bir zamanda belə tədbirlər olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

"TCN.ua", "Antikor", "Yevropeyska Pravda", "Kurs Ukraini", "Pravda", "Ren.tv", "Ukr.net" və digər xəbər saytlarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Forumun açılışındakı çıxışında Ermənistanla sülh danışıqlarına dair fikirləri yer alıb. Prezident İlham Əliyevin sitatına istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. "Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir", - deyə məqalələrdə Azərbaycan Prezidentinin fikirlərinə istinadla vurğulanıb.

Daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd olunub ki, Bakı İrəvanla sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını istəyir. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb.

Bundan başqa qardaş Türkiyə mediasında da Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib. Anadolu Agentliyi, "TRT", "Hürriyet", "Haber Türk", "Haber Global", "Sondakika.com", "Akşam" və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar. 

Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: "İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb".

Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin başçısına istinadla qeyd edilib: "Sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi", "Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib". Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.

"TRT" Azərbaycan Prezidentinin çıxışına dair xəbəri "Aliyev: Cənubi Qafqazda sülh bu qədər yaxın olmamışdır" sərlövhəsi ilə yayımlayıb.

Xəbərdə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinə aparan proseslər, bundan sonra həyata keçirilən antiterror tədbirləri, Azərbaycan torpaqlarının çoxillik işğalından sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi, hazırda Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.

Məqalənin "Fransanın bütün səyləri boşa çıxdı" yarımbaşlıqlı hissəsində dövlətimizin başçısının fikirlərinə istinadən Fransanın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqedən, bu ölkədə Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə yerləşdirilməsindən bəhs edilib.

"Hürriyet" qəzetində dərc olunan "Əliyevdən sülh mesajı" sərlövhəli yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb, "Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik", "...indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib" kimi fikirlər oxucuların diqqətinə çatdırılıb.

Məqalə "Sülhə daha yaxınıq", "Düşmənçiliyə son verməyin vaxtı yetişib", "Fransaya reaksiya" adlı yarımbaşlıqlarla yayımlanıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu bildirib.

"Haber Türk" saytında yayımlanan xəbərdə Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı zamanı hazırda Azərbaycanın Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlər, onların dəyərinin beş milyard ABŞ dollarına yaxın olması, rəsmi Bakının regionda ədavətə son qoymaq, sülhə nail olmaq istiqamətində göstərdiyi səylər, Fransanın ölkəmizə qarşı qərəzli münasibəti kimi mövzulara toxunduğu bildirilib.

"Haber Global", "Sondakika.com", "Akşam" saytlarında Anadolu Agentliyinə istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb.

"Ekonomim", "İHA" və "Beyaz gəzet" portalları isə Azərbaycan Prezidentinin bu fikirlərini oxuculara çatdırıblar: "Bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır", "İndi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib", "Biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək", "Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik", "...çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib", "Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu" və sair.

XI Qlobal Bakı Forumunun ilk günü Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, həmçinin Gürcüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının diqqət mərkəzində olub.

"İnterpressnews.ge", "1tv.ge", "realnews.ge", "24news.ge", "interpress.ge", "radiotavisupleba.ge", "ambebi.ge", "newshub.ge" portallarının yaydığı materiallarda Azərbaycan Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh müqaviləsinin əhəmiyyəti və imkanlarla bağlı fikirləri yer alıb.

"İnterpressnews.ge" portalı Prezident İlham Əliyevin bu fikirlərinə diqqət çəkib: "İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir".

Yazıda, həmçinin bildirilib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır, çünki regionda qeyri-sabitliyə son qoymağın vaxtı yetişib. 

"1tv.ge" ictimai televiziyasının yaydığı məlumatda isə deyilir: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası həll olunmaz görünən münaqişələrin həlli üçün çoxlu müsbət nəticələr verəcək". Qeyd edilib ki, Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər yerli xarakterli görünə bilər, lakin, əslində, onların daha geniş nəticələri var, çünki son bir ildə əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası olub. "Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir", - deyə məlumatda vurğulanıb.

"RealNews.ge" portalı Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir.

Fransanın Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanatına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.

Digər portalların Azərbaycan, gürcü və rus dillərində yaydıqları materiallarda ölkəmizin sülh çağırışları, dünya iqtisadiyyatına, mədəniyyətinə verdiyi töhfələr, eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda sülhün və sabitliyin bərpa olunması üçün gördüyü işlər barədə oxuculara məlumatlar verilir.

Mətləb




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ