Bazar günü günü, 11 oktyabr 2026
     

Qazaxıstan və Azərbaycan: Orta Dəhlizin qoşa dayağı

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il aprelin 10-da Qazaxıstana səfəri çərçivəsində keçirilən mətbuat konfransında olduqca önəmli fikirlər səsləndirmişdi: "Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı "Qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Müttəfiqlik Bəyannaməsi" imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərimizin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir... Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir... Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir". Dövlət başçımızın vurğuladığı "Bəyannamə" Azərbaycanın Türkiyədən sonra daha bir türk dövləti ilə bağladığı ikinci Müttəfiqlik Bəyannaməsi idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, Bakı da Qazaxıstanın dövlət başçısı üçün "doğma liman"dır. Prezident Kasım-Jomart Tokayevin hələ 2022-ci il avqustun 24-də Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər sırasında mümkün alternativlərdən biri kimi Bakı limanları vasitəsilə yükdaşımaların həyata keçirilməsi müzakirə olunmuşdu. Orta Dəhliz layihəsinin daha səmərəli fəaliyyət göstərməsi üçün hər iki ölkədə dəniz, hava və quru yol daşımaları üçün müasir infrastrukturun yaradılmasının vacibliyi vurğulanmışdı.

Artıq 30 ildən çox davam edən müstəqillik illəri ərzində Qazaxıstan–Azərbaycan münasibətləri hərtərəfli inkişaf yolu keçib. Bu iki türk dövləti bütün beynəlxalq platformalarda bir-birinin mövqeyini fəal surətdə dəstəkləyib və qarşılıqlı şəkildə bir-birinin müstəqilliyinin möhkəmlənməsinə əməli dəstək nümayiş etdiriblər. Qazaxıstan Rusiyanın hərbi kampaniyalarını dəstəkləməkdən imtina etsə də, Ermənistan-Azərbaycan müharibəsində Azərbaycanın maraqlarını müdafiə etməkdən çəkinməyib. Azərbaycan Ordusu Qazaxıstanın KTMT-dəki müttəfiqi Ermənistanı Qarabağda məğlub etsə də, bu, Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinin "ərazi bütövlüyünü bərpa etməsi" münasibətilə təbrik etməsinə mane olmadı. Ermənistan-Azərbaycan müharibəsindən az sonra 2020-ci il dekabrın 18-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının iclasında mehriban qonşuluq münasibətlərini qorumağa çağırış etdiyi çıxışında ölkəsinin Rusiya və Ermənistanla fikir ayrılığında olduğuna eyham vuraraq bəyan etmişdi ki, "bəli, biz iqtisadi potensialımız, tarixi dünyagörüşümüz baxımından bir-birimizdən fərqlənirik və hətta Dağlıq Qarabağ münaqişəsinin göstərdiyi kimi, geopolitik dünyagörüşümüz də fərqli ola bilər". Prezident Tokayevin bu yanaşması geopolitikanın geosivilizasiya ilə harmoniya yaratdığı ən optimal bir məqamdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun nüvə silahına sahib olmaq üçün Qazaxıstanın Rusiya və Belarus İttifaqına qoşulması təklifini isə "zarafat" adlandırmışdı. Bir çox hallarda ciddi siyasətçilərin kiçik eyhamları belə onların hadisələrə dəqiq münasibətinin təzahürü olur. Tokayevin bu refleksiyasını da, əslində, tarixin təkərini geri döndərmək istəyənlərə istehzası kimi başa düşmək olar.

"Bu il martın 11-də Prezident Tokayevin Azərbaycana dövlət səfəri bir daha Azərbaycan-Qazaxıstan əlaqələrinin sıx müttəfiqlik və xalqlarımız arasında qardaşlıq münasibətlərinə əsaslandığını göstərdi. Dövlət başçılarımızın qarşılıqlı səfərlərinin xronologiyası dövlətlərimiz arasındakı münasibətlərin dinamizmin göstəricisi sayıla bilər. Belə ki, 2022-2023-cü illər ərzində Azərbaycan Prezidenti 4 dəfə Qazaxıstana, Qazaxıstan Prezidenti isə 3 dəfə Azərbaycana səfər edib. Qazaxıstan Prezidentinin budəfəki səfəri çərçivəsində 10 dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər enerji, nəqliyyat və yükdaşımalar, rəqəmsal inkişaf, elm, təhsil və səhiyyə, qarşılıqlı sərmayələrin qoyuluşu və s. sahələrdə qarşılıqlı əməkdaşlığın tənzimlənməsini və daha da gücləndirilməsini nəzərdə tutur. Hər iki ölkənin son illər ərzində böyük sərmayələr yatırdığı Trans Xəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması, regional sülhün təmin edilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər də səfər zamanı müzakirə olunan əsas məsələlər sırasında olub. Prezidentlər TDT çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirib, bu təşkilatın doğma ölkələri birləşdirdiyini və böyük inkişaf potensialına malik olduğunu vurğulayıblar. Qazaxıstan və Azərbaycan Şərqlə Qərb arasında münasibətlərin bütün aspektlərinə mühüm təsir göstərən Orta Dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Avrasiyada gedən ciddi geosiyasi transformasiya proseslərinin mərkəzində dayanırlar", - deyə deputat bildirib.

O deyib: "Dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan dövləti tərəfindən tikilmiş Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın bu dəstək addımını xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi adlandırıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə və Qarabağın işğaldan azad edilməsində ölkəmizə göstərdiyi siyasi-mənəvi və eləcə də həmin ərazilərdə bərpa-quruculuq işlərinə göstərdiyi dəstəyə görə Qazaxıstan dövlətinə və xalqına minnətdarlıq ifadə edib".

C.Feyziyevin sözlərinə görə, bəzi siyasi təhlilçilər iddia edirlər ki, bu gün Mərkəzi Asiya "Rusiya ayısı ilə Çin əjdahası arasında qalıb". Ancaq mövcud geosiyasi vəziyyət bir qədər fərqlidir. Belə ki, getdikcə daha aydın və dolğun ölçülər alan Mərkəzi Asiya geopolitikası bu məkanın Türk sivilizasiyası bətnindən doğulmuş müasir dövlətlərinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın daxili inteqrasiyasını başa çatdırmaq üzrədir. Bütövlükdə Mərkəzi Asiya türk dövlətlərinin Xəzərdən qərbə doğru daha iki türk dövləti – Azərbaycan və Türkiyə ilə münasibətləri isə tarixdə indiyədək olmadığı qədər səmimi və yaxındır. Mərkəzi Asiya-Qafqaz-Qərbi Asiya türk dövlətləri indi sadəcə olaraq deklarativ şəkildə bir-birini dəstəkləmirlər, onlar vahid siyasi platformada birləşmənin konstruktiv əsaslarını yaradırlar. Qazaxıstan da Mərkəzi Asiyada elə bir siyasət yürüdür ki, regionun türk dövlətləri arasında münasibətlərini zədələyə biləcək hansısa "təhlükəli element" müttəfiqləşmə prosesinin qarşısını ala bilməsin. Neoimperializm düşüncəsi ilə hərəkət edən, stereotip qəliblərlə düşünən bir çox geopolitiklər "Böyük Oyunun" qızğın çağında (1904) Halford Makkinderin irəli sürdüyü nəzəriyyəni hələ də az qala müqəddəs ayə kimi təkrar edirlər: "İçtorpağı (yəni Mərkəzi Asiyanı) idarə edən Dünya adasına (yəni Avrasiyaya) hökm edir; Dünya adasını idarə edən bütün Dünyaya hökm edir". Ancaq onlar unudurlar ki, indi Mərkəzi Asiya "Britaniya şiri", "Rusiya ayısı" və "Çin əjdahası" arasında qalan, feodal dağınıqlığı içərisində bir-birindən qopub-səpələnən çarəsiz toplumların torpağı deyil. Bugünkü Mərkəzi Asiya milli özünüdərk səviyyəsinə yüksəlmiş intellektual cəmiyyətlərin qurduğu suveren respublikaların inteqral geopolitik məkanı – Türkistandır. Qərb, Rusiya, Çin və s. dövlətlərlə tərəfdaşlıq əlaqələrindən fərqli olaraq, Qazaxıstanın eyni siyasi taleyi bölüşən Mərkəzi Asiya respublikaları ilə münasibətləri türk sivilizasiyasının beşiyində böyümüş doğma xalqlarla müttəfiqliyin ən yüksək səviyyəsində qurulmaqdadır. Mövcud siyasi reallıqların həssas nöqtələrini və incəliklərini nəzərə alan Qazaxıstan qardaş Özbəkistan, Türkmənistan və Qırğızıstanla münasibətlərini bütün perspektiv istiqamətlər üzrə inkişaf etdirir. Türk dünyası üçün milli maraqların, universal tarixi və geopolitik dünyagörüşlərinin qovuşduğu, bir vəhdət təşkil etdiyi effektli fəaliyyət sferası isə türk dövlətlərinin müştərək siyasəti və bu siyasətin funksional institutu olan Türk Dövlətləri Təşkilatıdır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ