Bazar günü günü, 11 oktyabr 2026
     

“Tə(q)sir dairəsi”ndəki verilişlərimiz

Image


Mövzumuz onlardır. Yox, mövzumuz yenidən onlardır. Hətta deyərdim ki, mövzu yenə və yenidən onlardır. Televiziyalardakı ucuz və zərərli şou proqramlar, verilişlər. Zaman-zaman gündəmə gəlir, deyilir, yazılır, dad edilir, di gəl çarə tapılmır ki, tapılmır.

Bu gün deyilir bağlanacaq, səhər eşidirsən ki, yenə kiminsə arvadı qaçıb gəlib, Zaurun verilişindən ərinə barmaq silkələyir.

Elgiz yenə arvad- uşağı yığıb başına, "kəndin dəlisini" də tapıb, oyun çıxarır, Lalə yenə ölkə insanının ən lazımsız problemlərini öz təsirinin dairəsində fırladır, o biri Zaur elə yenə "həmin Zaurdu" ki, durub, dünya da vecinə deyil. Bir gün tik-tokda məşhur olan, sabah Zaurun verilişindədi, günorta ailəsini baltalayanın qonşuları axşamçağı Amilə "şok sirrlər" açıqlayır. Axşam həddi buluğa çatmamaış qızı qaçırıb özünə arvad edən, səhər ertədən Elgizin efirində "duvaq qapır".

Balta demişkən, ölkəni silkələyən sonuncu hadisədə, bu verilişlərin hansından bir normal mövqe, yanaşma gördünüz?
Əslində belə anlarda televiziya verilişləri çəkindirici süjetlərlə, maarifləndirici reportajlarla hadisənin mənfiliklərini göstərib, cəmiyyəti bu kimi hadisələrdən uzaqlaşdırmağa xidmət etməlidir. Bizimkilər, namxuda, sanki hər aparıcı bir qab benzin alıb, oturub ocağın başında. Hərə bir tərəfdən ocağa benzin tökür...

Amma deyəsən bu dəfə daha ciddi baxılır məsələyə. Saytlar yazır ki, TV rəhbərləri bu verilişlərə görə Prezident Aparatına çağırılıb və onlarla lazımi söhbət aparılıb. Bilmirəm, bu lazımi söhbət yetərli olacaqmı ya yox. Açığı bilmirəm yox, inanmıram. Çünki problem çox kök atıb, özlərini haqlı göstərmək istəyən veriliş "yiyələri" bir xeyli "fakt- sübut" la silahlanıb, adi bir kəlmə etiraza görə istər ictimaiyyətin, istərsə də ziyalıların üstünə gəlməyə hazırdırlar. Əllərində də yep-yekə silahları var- verilişləri.

Onlar deyirlər ki, "biz bu ölkənin ən çox izlənən proqramlarıyıq." "Ən çox izlənmə" deyəndə mənim ağlıma topa camaatın yığışıb ya bir davaya, ya hansısa avtoqəzaya baxmağı gəlir.

Küçədə gedən sakit adam kimsənin diqqətini cəlb etməz, amma cürbəcür səslər çıxararaq gedəndə ətrafdan hamı boylanır ki, görsün bu gedən kimdir? Normal geyim-kecimlə, səliqəli üst-başla adam içinə çıxan heç kəs təəccübə, marağa səbəb olmur, di gəl birisi ölkənin o başında evdən çölə çılpaq çıxsın, bu başında hər kəsin xəbəri olacaq.

Hə, indi nə deyirsiniz, çox izlənir deyə, hamı baxır deyə məhlənizdə hər gün dava olmağını istəyərsiz? Ətrafdakı hər kəs gəlib baxacaq deyə hansımız avtoqəza etmək istəyərik? Və ya Hansı ağlı başında adam diqqəti üstünə çəksin deyə evindən lüt çıxar çölə? Normal insan, ağlı başında olan adam bunları istəməz, izləməz. Elə onları da...

Onlar deyirlər ki, "Bu ölkədə ciddi veriliş, maarifləndirici proqram izlənilmir." Xeyr, əsla. Əgər söhbət məhz şou-proqramdan gedirsə, son vaxtlar İTV-nin efirindən yayımlanan "Maska" şousunu misal göstərmək yetər.
(Hərçənd ki, dediyimiz verilişlərdən biri "maska " söhbətini səhv başa düşdü, tanınmamaq üçün üzünü gizlətmək istəyən şəxsin maskasını canlı verilişdəcə çıxardılar. Bəlkə də elə çıxarılan o verilişlərin öz "maska"sı idi. Növbəti etiraz dalğası deyəsən elə bundan sonra başlandı.) Və ya yarışma proqramları. Az Tv-də, ARB-24-də gedən təhlil verilişləri, Az TV-nin yeniləşən aurasının fonundakı maraqlı verilişlər.

Belə verilişlərə baxanlar az deyil və əgər indiki sözügedən verilişlərin yerini də bu tip səviyyəli və maraqlı verilişlər alarsa, heç də pis olmaz. Hələ üstəgəl, xalqımızın illərdir həsrət qaldığı torpaqların videogörüntüləri, işğaldan azad olunmuş torpaqlara böyük qayıdışı əks etdirən videoproqramlar, 44 günlük Zəfər Savaşından bəhs edən sənədli filmlər, gələcəkdə çəkiləcək bədii filmlər və seriallar televiziyalardan yaynlanmağa başlasa, inanmıram ki, kimsə o gözəl görüntüləri qoyub, belə biyabırçılıqları izləyə.

Deyirlər bizim verilişlər reklamdır, müştəri gətirir, böyük-böyük şirkətləri, elə mənsub olduğumuz TV-ləri də biz saxlayırıq ayaqda. Vallah şişirtmədi, yalandı.

O verilişlərdən birinə bir həkim getmişdi. And-içib aman edirdi ki, bir aya filan qədər pul verdi klinika, mənə cəmi iki zəng gəldi. Zəng edənin biri 60 yaşlı qadın idi. Dostumuzsa uşaq cərrahı idi, el dili ilə desək sünnət-zad işinə baxan həkim. Yenə də başqa biri danışırdı ki, üç ay sərasər o verilişin qapısının çivini çıxardım. Deyir, bir də gördüm eləcə gedib bir küncdə oturub gəlirəm, vəssalam, heç bircə nəfərin zəngi də gəlmədi.

Dostumuz sonradan xəbərdar olub ki, sən demə, rəsmi müqavilə ilə ödənilən məbləğdən başqa, aparıcının cibinə də hər verilişdən öncə 1000-1500  "görüm-baxım" etmək lazımmış, veriliş ərzində bütün qalmaqallara qoşulmaq, vay-şüvən qoparmaq lazım imiş, verilişdən sonra da bu "qarnı dağılmışlara" (dostumuzun öz ifadəsidir) bahalı restoranlarda qonaqlıq vermək lazım imiş. Onda bəlkə...

Üstəgəl bizim bu "ölkənin ən məşhur verilişlərinin, ən məşhur aparıcılarının" ağzının əyləci də yox imiş. Verilişə çıxan bir həkim haqda reklam qanunvericiliyi ilə qadağan edilmiş sözlərdən istifadə edib, adamı necə "tərifləmiş", "barıtı nə qədər qoymuşdu"sa, müvafiq orqanlar həmin o sponsoru məhkəməyə vermişdilər.
Cəriməsi də nə az, nə çox yüz min manatlarla ölçülürdü

Deyirlər biz əlçatan verilişlərik, hamının gələ biləcəyi, dərdini deyə biləcəyi platformayıq. Bax bunu düz deyirlər. Ölkənin ən ucqar kəndində ər öz arvadına "bu çay niyə soyuqdur" dedisə, arvad durub yığışır, bəzi vaxtlar körpə balalarını da götürüb gəlir "Gəl danış"a. Gəlmişkən də düşür "Təsir dairəsinə", o tərəfdən də Zaurnan -Günay çıxıb buna deyir ki, "Bizimləsən". Beləcə də bütün ölkə ərindən qaçan bir ananın və onun bir neçə körpəsini "Elgizlə izləyir". Kişi yazıq da qalır kənddə, çayın heç soyuğunu da verən olmur. Yemək də tapmır yeməyə, di gəl abırına qısılır, dinmir. Girir evə çıxmır ki, birdən bu yazığı da tututb gətirərlər, arvadı ilə dalaşdırıb reytinq qazanarlar. Budur "əlçatan"lıqlarının xeyiri...

Yaxşı, bəs çıxış yolu? Mənə qalsa, belə məsələlərdə  "dövlət baba" öz sərt üzünü göstərməlidir. Demirikmi dövlət özü də bir ailədir? Hansımızın ailəsində ata gəlib görsə ki, balaca uşaqlar zərərli verilişə, lazımsız bir proqrama baxır, üzünü çevirib gedər? Əlbəttə ki, heç birimizin. Bəs niyə dövlət babanın sərt üzünü göstərməyinə qeyri-adi bir hal kimi yanaşırıq. Qoy "ailə başçısı" kanalı dəyişsin.
Lazım gələrsə hətta bir müddətlik "televizoru söndürsün." Narahat olmaqlıq bir şey yoxdur. Bundan daha pis heç nə olan deyil. Ona qalsa minlərlə qadağan olunmuş, şeylər var ki, açıb buraxsan bu verilişlərdən də çox populyar olar. Yüzlərlə zərərli qidalar, məhsullar var ki, bu dəqiqə qadağasını götürsən, dünyanı başına götürər. Məgər hər maraq göstərilən, populyar olan nəsnə xeyrilidir ki? Əksinə...

Çingiz Özgür



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ