"The Daily Mail" qəzeti olduqca maraqlı bir məlumat yayıb. Nəşrin məlumatında deyilir ki, şirkətin istehsal standartları və təyyarələrin yığılması ilə bağlı problemlərlə bağlı narahatlıqlarını ifadə edən "Boeing"in keçmiş əməkdaşı ABŞ-də ölü tapılıb.
Onun vəkilinin sözlərinə görə, 62 yaşlı Con Barnett Cənubi Karolina ştatındakı bir hotelin dayanacağında yük maşınında ölü tapılıb. Şimali Çarlston polisi onun intihar etdiyi barədə məlumat yayıb.
Mətləb