"Güney Azərbaycanda milli fəalların İran rejimi tərəfindən geniş şəkildə həbsi həyata keçirilib”. Bu barədə baki-xeber.com-a BAO sədrinin Güney Azərbaycan məsələləri üzrə müavini Babək Türkoğlu məlumat verib. Belə ki, Güney Azərbaycan vətəndaşları və milli fəallarının dəfələrlə göndərdiyi xəbərlərə görə, İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın milli fəallarının yaşayış və iş yerlərinə hücum edərək, onlardan bir neçəsini qaçıraraq naməlum bir yerə aparıblar. On illərdir Güney Azərbaycan xalqına qarşı hər cür etnik və milli ayrı-seçkiliyə yol verən İran İslami diktaturası Azərbaycan xalqının qiyamından qorxaraq Güney Azərbaycanın milli fəallarını qaçıraraq onlara işgəncə verir. Molla rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən 8 nəfər milli fəalın adları məlum olub. Bunlar Peyman İbrahimi Dinvər, Murtuza Nurməhəmmədi Nadarlı, Əli Babayi, Davud Şiri, Məhəmməd Rza Movəhed, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi və Mehrdad Qadiridir. İradə Sarıyeva