Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işağldan azad olunmasının 105 illiyi ilə əlaqədar rəsmi "X" hesabında paylaşım edib. "105 il öncə olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla tək ürək, tək yumruq olmağa davam edəcəyik".
Paylaşımda daha sonra deyilir: "Bakının düşmən işağlından azad olunmasının 105-ci ilini təbrik edirik. Azərbaycan türkü qardaşlarımızı yalnız qoymayan Nuru Paşanı və onun komandanlığı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və sevgi ilə yad edirik. 105 il öncə olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla tək ürək, tək yumruq olmağa davam edəcəyik".
Mətləb