Meksikanın nüfuzlu “Milenio” qəzetində “Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistanın təxribatçı və riyakar siyasətinə, eləcə də ölkəmizin üzləşdiyi ikili standartlara diqqət çəkilir.
Yazıda son vaxtlar Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı əsassız və qərəzli ittihamların, hətta “soyqırımı” uydurmasının səsləndirildiyi qeyd olunur, ərazidə “humanitar böhran” yaşanması ilə bağlı həqiqətdən uzaq erməni propaqandasının uğursuzluğa düçar olduğu bildirilir.
Yazıda beynəlxalq hüquq üzrə tanınmış ekspert Rodni Diksonun hesabatında Azərbaycanın Qarabağ bölgəsində soyqırımının baş verməsi ilə bağlı Luis Okamponun iddialarının əsassız və qüsurlu kimi qiymətləndirildiyi qeyd olunur. Həmçinin yəhudi ravvinlərin Ermənistanı Holokostdan və “soyqırımı” terminindən təbliğat kimi istifadəni dayandırmağa çağırdığı vurğulanır.
Mətləb