Daima avropalı diplomatları külli miqdarda pullarla ələ almaqda “mahir olan”, onları rüşvət, qiymətli “hədiyyələrlə” öz çirkin oyunları üçün alət etməyə adət edən qərbdəki erməni diasporu, bu dəfə də adətinə “sadiq qalıb”. Məhz erməni diasporunun təxribat xarakterli “təşəbbüsü” ilə ABŞ Senatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr başlayıb.
Dinləmələrin əvvəlində senator Bob Menendez xatırladıb ki, guya Azərbaycan bir neçə ay ərzində Ermənistandan qondarma “Artsaxa” humanitar yüklərin çatdırılmasına mane olmaqla, Laçın dəhlizini bağlayıb. Bu zavallı senator erməni diasporundan aldığı dollar bağlamasından o qədər məst olub ki, qulağıının dibindəki həqiqəti belə görməzdən gəlməyə başlayıb. Qərbdəkilərin Xankəndidəki erməni separatçılarının əli ilə bir müddətdir qurduqları “blokada və aclıq” şousunun iflasa uğradığı bir vaxtda, bu bədbəxt B.Menendezin “fil qulağnda” yatması həm də erməni diasporunun bu dəfə tam iflasa uğradıqlarını, dollar dəstlərinin artıq həqiqətin önünə keçməkdə aciz qaldığını bariz olaraq ortaya çıxarır...
Mətləb Salahov