Avropa İttifaqı Ermənistanda əməlli-başlı yuva salıb. Belə ki, Tavuş vilayətinin İcevan şəhərində Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının operativ ofisi açılıb. Bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının x sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Ofisin açılış mərasimində Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan qatılıblar. Ən maraqlısı odur ki, Bu, Aİ-nin Müşahidə Missiyasının Ermənistandakı beşinci belə əməliyyat ofisidir.
Görəsən Aİ son bir neçə ay ərzində niyə aktiv şəkildə Ermənistanda aktivləşir, nədir bu təlaşın sirri?. Bu məsələdə Parisdəki “xoruzların” quyruqları açıq şəkildə görünür. Azərbaycanla 44 günlıük müharibədən sonra nikol Paşinyan var gücü ilə qərbdəkiləri Ermənistana doldurmağa çalışır. Necə deyərlər, olmasın Rusiyanın koloniyası, olsun qərbdəkilərin koloniyası. Ermənilər üçün onsuz da fərqi yoxdur, təki onlara “xozeyn” olsun. Nə fərq edər, ya ris, ya avropalı...
Mətləb Salahov