“Rusiyanın müvafiq strukturlarının "ələ aldığı" Amerika iqtisadçıları bu tezislə təbliğata başlayıblar və müxtəlif dünya mefialarında " təhlillər " yayırlar:" Səudiyyə Ərəbistanı BRİKS- ə qoşulsa, dolları bir valyuta olaraq çökdürəcəklər. Demək asandır, icrası mürəkkəbdir..”
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra BRİKS barədə geniş fikirlərini diqqətə çatdırıb. Politoloq yazır: “Öncə deyək ki, məsələnin kökü hardan gəlir. Bir- iki həftə əvvəl CAR- da BRAZİLİYA, RUSİYA, HİNDİSTAN ,ÇİN VƏ CƏNUBİ AFRİKA respublikasının üzv olduqları ( dövlətlərin baş hərflərilə BRİKS) qurumun zirvəsi oldu. Zirvədə genişlənmə qərarı verildi, həm də bu qərar çox çətinliklə verildi. Hindistan və Çini çətinliklə genişlənməyə razı saldılar. Misir, İran, Səudiyyə, Birləşmiş Əmirliklər, Argentina və Efiopiyanı quruma qəbul etməyi qərara aldılar..
Səudiyyənin quruma gəlişi ilə dünya valyutası olan dolları çökdürmək iddiaları buradan çıxdı.. Guya dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə ABŞ dollarinı çökdürəcəkmiş...
Əvvala, Dolların dalında dünyanın ən böyük iqtisadiyyatı durduğu üçün onu çökdürməkdən ötrü ABŞ iqtisadiyyatından güclü iqtisadiyyat ortaya qoymaq lazımdır.
2 .İxrac üstündə qurulmuş iqtisadiyyat başqa şeydir, istehsal üstündə iqtisadiyyat tam başqadır. Səudiyyənin iqtisadiyyatı neft ixracından və şahzadələrin öz " rəfiqələri" üçün düzəltdikləri kiçik sexlərdən başqa bir şey deyil.
3.Qərbi tək neftə görə özündən asılı bilən Səudiyyənin özü Qərbdən elə şeylərə görə asılıdır ki, bunun nə demək olduğunu "Rusiyadan bir qədər diqqətli olsalar, başa düşə bilərlər" ....
4.Sudiyyənin hələ nə vaxt BRİKS- ə üzv olacağı bəlli deyil və üzv olana qədər" xanın, ya eşşəyin öləcəyini " allah bilir...
5. BRİKS dünya əhalisinin üçdə birini əhatə edən Hindistan və Çini özündə birləşdirsə də, əhali sayının dünya siyasətində həlledici faktor olmadığını hamı bilir....
6 .Bu BRİKS neçə ildir hələ özünə vahid pul düzəldə bilməyib....
7.BRİKS- in nə BRİKS olduğunu Efiopiya kimi geridə qalmış və acından, daxili müharibələrdən məhv olmuş ölkəni özünə cəlb edəndə gördük .
8.Rusiya rəsmiləri bu gün "ər evindən gəlmiş cehizlə kişi olduğunu" Ermənistanın başına hər addımda çırpdıqları kimi, oxşar yolla "dövlət" olmuş Səudiyyə krallığına da "bəzi şeyləri" xatırlada bilən dünya qüvvələri var axı..Elə biri ABŞ ....
Bilirsiniz nəyi xatırladım?
Son aylarda Finlandiya NATO- ya üzv olandan sonra Rusiya mediası təbliğata başladı ki, NATO üzvü olandan sonra Finlandiyanın iqtisadiyyatında tənəzzül başlayıb. Finlandiyanın iqtisadi çöküşünün sadəcə qərəzli təbliğat tezisi olduğunu sübut etməyə ehtiyac varmı? Yox.... Səudiyyənin BRİKS- ə üzv olması ilə dolların çökəcəyi fikirləri elə buna bənzəyir..” Mətləb Salahov