şənbə günü, 03 oktyabr 2026
     

Dünyada “vaksin millətçiliyi” şiddətlənir

Image


Varlı ölkələr dünyada istehsal olunan vaksinin 60 faizini satın alıb və bu, inkişaf etməkdə olan ölkələrdə preparatların çatışmazlığına səbəb olub. Belə bir açıqlama ilə Çinin xarici işlər naziri Van İ çıxış edib

Onun sözlərinə görə, dünyada “vaksin millətçiliyi” güclənib: “Dünya əhalisinin 16 faizinin yaşadığı varlı ölkələr istehsal olunan vaksinlərin 60 faizini alıb. İnkişaf etmiş bəzi ölkələr isə əhalisinin sayını üç-dörd dəfə üstələyəcək miqdarda vaksin sifariş edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya tempindəki bu uçurum hazırda təəssüf doğuracaq reallıqdır”. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) “vaksin millətçiliyi”nin ciddi fəsadlara və koronavirusun daha geniş yayılmasına səbəb olduğunu bildirir. Qurumun fövqəladə hallar üzrə regional direktoru Dorit Nitzan qeyd edir: “Bu gün Avropa regionuna daxil olan ölkələrdə koronavirusun yeni ştammları sürətlə yayılır, xəstəxanalarda gərginlik artır. Cəmi beş həftə bundan əvvəl Avropada yeni yoluxma hallarının sayı 1 milyonu aşmırdı, indi isə regionda son aylarda ən pis vəziyyət yaranıb”. Onun sözlərinə görə, Avropanın bütün zəngin ölkələrində vaksinləmə başlayıb: “Bu proses gəlir səviyyəsi orta olan ölkələrin 80 faizini və gəlirləri aşağı səviyyədə olan ölkələrin 60 faizini əhatə edir. Bununla belə, vaksinlər hələlik hamı üçün əlçatan deyil, virus isə yayılmaqda davam edir. Buna görə də, vəziyyəti nəzarətə almaq üçün əlavə tədbirlər tətbiq edilməlidir. Vaksinləmə və karantin tədbirləri pandemiyanı dayandırmağa kömək edəcək, lakin bu virusun daha neçə insanın həyatına son qoyacağı cəmiyyətin hər bir üzvündən asılıdır”.

ÜST-ün baş direktoru Tedros Qebreyesus qeyd edib ki, pandemiya zamanı bəşəriyyət həm ən yaxşı, həm də ən pis tərəfdən özünü göstərib. Belə ki, məsələn, həkimlər bütün dünyada inanılmaz cəsarət və fədakarlıq nümayiş etdirdilər, lakin eyni zamanda bir çox ölkədə sosial bərabərsizlik dərinləşdi, hakimiyyət institutlarına olan inam azaldı: "Pandemiyanın cəmiyyətimizə, iqtisadiyyatımıza, sağlamlığımıza təsiri - xüsusilə də söhbət ən yoxsul və müdafiəsiz insanlardan gedəndə - böyük idi". O vurğulayıb ki, hazırkı vəziyyət beynəlxalq ictimaiyyətdən qətiyyətli hərəkətlər tələb edir: "Biz uşaqlarımıza daha təhlükəsiz dünyanı miras qoymalıyıq". Sərhədsiz Həkimlər Təşkilatı da bildirir ki, təcili tədbirlər görülməsə, zəngin ölkələrin vaksin tədarükü uğrunda çarpışması daha da alovlanacaq, bu da vaksin millətçiliyi kimi təhlükəli tendensiyaya töhfəsini verəcək. Qurum 2009-2010-cu illərdə quş qripi virusu pandemiyası dövründə vaksin təchizatı və paylaşmasını yada salır: “ O zaman zəngin ölkələr vaksinin mümkün ehtiyatını aldılar, kasıb ölkələrə heç nə çatmadı. Xoşbəxtlikdən, quş qripi daha yumşaq xəstəlik idi. COVID-19 isə daha böyük təhdid hesab olunur. Bu halda bəzi ölkələr bizim qorxduğumuzu edir: hərə öz başına çarə qılır”. Ekspertlər də  bildirir ki, bəzi ölkələr və şirkətlər yenə ikili müqavilələrə üstünlük verməyə davam edir. Əksər istehsalçıların öz dozalarını və sənədlərini təsdiq almaq üçün ÜST-ə təqdim etmək əvəzinə mənfəətinin daha yüksək olduğu zəngin ölkələrlə birbaşa əməkdaşlığa üstünlük verməsi vəziyyəti daha da çətinləşdirib. Bu cür yanaşma dünyanın ən kasıb və həssas qruplarından olan insanlarının sağlamlığını risq altına atır. Peyvənd “millətçiliyi”, ekspertlərin fikrincə, yeni koronavirus mutasiyasının ortaya çıxmasına səbəb ola bilər. Bu, həm də virusun yeni dalğalarının yaranmasına gətirib çıxarır. Hətta qonşularımızdan İran prezidenti Həsən Ruhani koronavirus pandemiyasının dördüncü dalğasının ölkəsinin 2 vilayətində başladığını elan edərək xalqa xəbərdarlıq edib. Ruhani, əhali sağlamlıq protokollarına əməl etmədiyi təqdirdə, bunun digər əyalətlərə də yayıla biləcəyini deyib: "Alış-verişlər və səyahətlər bizi problemlərlə üz-üzə qoya bilər. Virus mutasiyaya uğrayır. Böyük Britaniya, Braziliya və Afrika ştammları ortaya çıxıb. Bunlar daha təhlükəlidir". Ruhani pandemiyanın dördüncü dalğasının başıladığı əyalətlərin adını açıqlamasa da, yerli mətbuat bunların İraq sərhədindəki İlam ve Tehrana yaxın Elburz vilayətləri olduğunu yazıb. Qonşu olduğumuzdan, İrandakı vəziyyət Azərbaycanda da diqqətlə izlənilir.

Hazırda virusa qarşı mübarizədə Azərbaycanda vaksinasiya da uğurla davam edir. Eyni zamanda, vaksun uğrunda qlobal miqyasda kəskinləşən mübarizədə də Azərbaycan uğurlu mövqe sərgiləyir. Məlum olduğu kimi, bu günlərdə COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib. Yaxın gələcəkdə isə Çindən daha 150 min doza vaksin göndəriləcək. Bunlara qədər isə artıq Azərbaycan 2 milyon doza vaksin əldə edib. Vaksin olunanların sayına görə ölkəmiz regionda lider, dünyada isə bir çox ölkələrdən öndədir. Səhiyyə nazirinin müavini Viktor Qasımov qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ