Aprelin 2-də Rusiya Xarici siyasət idarəsi rəhbərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü planlaşdırılır.
Baki-xeber.com-un Kremlin saytına istinadən xəbərinə görə, bu barədə həftəlik brifinqdə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova məlumat verib.
"MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşü planlaşdırılır" - diplomat deyib.