“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.
Baki-xeber.com-un xəbərinə görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan deyib.
Minsk Qrupunun ötən dövr ərzində bu münaqişəni çözmək əvəzinə daha qarışıq hala gətirdiyini deyən Türkiyə Prezidenti Ermənistanın bu müddət ərzində davamlı olaraq atəşkəsi pozduğunu, bununla da dialoq imkanlarını qapatdığını xatırladıb: “Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və dastanabənzər qəhrəmanlığı ilə, həmd olsun ki, bu işğala son qoydu və biz bu mücadilədə qardaş ölkənin yanında yer aldıq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən kirli işğala son qoyuldu”.
Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.