Prezidentin sovet Azərbaycanının DQMV hüdudlarında yerləşən Xocavənd rayonuna səfərinin bütün dünyaya və ictimaiyyətimizə misilsiz tarixi dəyərli mesajı - keçmiş DQMV hüdudlarında Ermənistanın yaratdığı separatçı, qondarma və artıq mövcud olmayan "DQR"-in sərhədləri darmadağın edilərək ölkəmizin süverenliyi altına qaytarılıb və Azərbaycan keçmiş DQMV-nin hüdudlarına daxil ərazidə hər hansı vahid milli ərazi statusunu müzakirə etmək fikrində deyil.
Bu sözləri özünün Facebook səhifəsində “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb.
A.Quliyev özünün sosial şəbəkə hesabında yazdığı statusda bildirir ki, Prezidentin əvvəlcə Şuşaya, sonra isə Xocavənd və Hadruta səfərlərinin Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya səfərlərindən prinsipial və köklü fərqi bundan ibarətdir.
“Oxşar məzmunlu Ağdərə səfəri də, yəqin ki, olacaq...” – deyə politoloq qeyd edir.