Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanın koronavirusa qarşı “AstraZeneca” peyvəndi alması ciddi sual altına düşür...

Image


Koronavirusa qarşı əsas vaksinlərdən biri sayılan “AstraZeneca” ilə bağlı dünya miqyasında ciddi ziddiyyət yarandığı müşahidə edilməkdədir. Dünya ölkələri bir-birinin ardınca “AstraZeneca”dan imtina edir, amma Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məsələ ilə bağlı fərqli mövqe sərgiləyir. Baş verənlər Azərbaycan üçün də xüsusi maraq doğurur. Çünki yaxın tezlikdə “AstraZeneca”nın böyük partiyası ölkəmizə idxal edilməlidir.

Qeyd edək ki, baş nazir Əli Əsədov koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb. Həmin sərəncama görə, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVİ Alliance” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən, İsveç Krallığının "AztraZeneca" şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilməlidir. Amma yuxarıda qeyd olunduğu kimi, ölkələr bir-birinin ardınca “AstraZeneca” peyvəndindən imtina edir. Məsələn, bu günlərdə Almaniya koronavirusa qarşı vaksinasiya prosesində “AstraZeneca” peyvəndindən istifadəni dayandırıb. Ölkənin Federal Səhiyyə Nazirliyinin  “Paul Erlix” institutunun tövsiyələrinə əsasən bu addımı atdığı bildirilib. Qurumdan verilən açıqlamada qeyd olunur ki, “AstraZeneca” peyvəndinin damarlarda trombların yaranmasına səbəb olması barədə iddialar mövcuddur. Bu baxımdan da vaksinin yan təsirləri barədə əlavə araşdırmaların aparılmasına ehtiyac var.

Fransa prezidenti Emmanuel Makron da ölkəsində “AstraZeneca” vaksinindən istifadənin dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, bu qərar səhiyyə naziri Olivye Veranın tövsiyəsi əsasında qəbul olunub. Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb. Qərar peyvənd vurulandan sonra bir qadının ölümü və digərinin xəstələnməsinin ardından qəbul edilib. Avstriyanın Səhiyyədə Təhlükəsizlik Federal İdarəsinin bəyanatına əsasən, 49 yaşlı qadın peyvənd olunduqdan sonra vəfat edib. Onun ölümünə səbəb qan laxtalanması olub. Digər 35 yaşlı qadında isə vaksinasiya nəticəsində ağ ciyər damarlarında tromblar əmələ gəlib. Qeyd edək ki, Macarıstanda da “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb. Norveç Dərman Preparatları Agentliyinin baş həkimi Siqurd Hortemo və Norveç İctimai Səhiyyə İnstitutu da "AstraZeneca" vaksini ilə bağlı narahatlıq doğuran məlumat yayıb. Məlumata görə, "AstraZeneca" vaksini vurulmuş şəxslərin ağ ciyər arteriyasında yüksək tromboemboliya, venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomlar yaranıb. İtaliya da "AztraZeneca" vaksinin tətbiqini dayandırıb. İtaliyanın Biella şəhərinin prokurorluğu isə peyvənd vurulmuş musiqi müəlliminin ölümündən sonra "AstraZeneca" vaksin partiyasına həbs qoyub.

Xatırladaq ki, artıq İslandiya, İrlandiya, və Niderlandda adıçəkilən vaksindən istifadə dayandırılıb. Bu fonda Ümumdünya Səhiyyə Təşkilatı bir sıra Avropa ölkəsində “AstraZeneca“ peyvəndinin təhlükəsizliyinə dair tərəddüd və tənqidlərə münasibət bildirib. Beynəlxalq qurum bu peyvəndə qarşı hansısa tutarlı arqumentin olmadığını elan edib. Bildirilib ki, Avropa Dərman Agentliyi mümkün yan təsirlər kimi yalnız allergik reaksiyaların, xüsusilə də anafilaktik və həssas reaksiyaların qeydiyyata alınmasını tövsiyə edib. Qeyd edilib ki, Böyük Britaniyada beş milyon peyvənd olunan şəxs arasında 41 nəfərdə anafilaktik reaksiya baş verib. ÜST sözçüsü Marqaret Harris bildirib ki, “AstraZeneca” hazırda istifadə olunan digər peyvəndlər kimi yüksək keyfiyyətə malikdir: “Hazırda onun istifadəsini dayandırmaq üçün heç bir tutarlı arqument yoxdur. ÜST peyvəndlər barədə qərar verərkən müstəqil ekspertlərdən ibarət peyvənd komissiyasının tövsiyələrini əsas götürür”. Harris peyvəndin tətbiqindən sonra baş vermiş yan təsirlərlə bağlı məlumatların araşdırıldığını, lakin sağlamlıq problemləri ilə peyvənd arasında birbaşa əlaqənin indiyədək müəyyən edilmədiyini diqqətə çatdırıb. “AstraZeneca” şirkəti özü isə bəyan edib ki, qeydə alınmış 17 milyon doza yeridilməsi hallarının analizi ağ ciyər arteriyasında yüksək tromboemboliya, venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomların olmasını təsdiqləməyib.

Bunlar fonunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm “sputnik” portalına açıqlamasında bildirib ki, "AstraZeneca" vaksini ilə bağlı yaranmış məlumatlar Azərbaycanda da narahatlıq yaratmaya bilmir: "AstraZeneca" peyvəndi alıb tətbiq edən ölkələrdən bu vaksinin yan təsirləri ilə bağlı gələn məlumatlar heç də ürəkaçan deyil. Vaksinin tromb yaratdığı, qan laxtalanmasına səbəb olduğu deyilir. Çox güman ki, Azərbaycan yayılmış bu məlumatlardan sonra "AstraZeneca" vaksinini almayacaq. Bir sıra Avropa ölkələrinin "AstraZeneca" vaksininin tətbiqini dayandırması Azərbaycan üçün də ciddi siqnaldır. Əgər Avropa ölkələrində vaksinin çox ciddi yan təsirləri qeydə alınıbsa, Azərbaycan da bu vaksini almaqdan imtina etməlidir".

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ