Bazar ertəsi günü, 17 avqust 2026
     

Ərdoğan Türk Ordusunun Suriyadakı şərəfli missiyasını “Bloomberg”ə şərh etdi - Qərbə "məsuliyyətinizi dərk edin" mesajı verdi

Image


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya böhranının 10-cu ili ilə bağlı “Bloomberg” agentliyi üçün məqalə yazıb.

Baki-xeber.com-un xəbərinə görə, R.T.Ərdoğan məqalədə Türk ordusunun keçən il bu vaxtlar Suriyada müxalifətin son qalası olan İdlibə yeni bir hücumu dayandırmaq və günahsız insanların yurdlarından didərgin salınmasının və ya öldürülməsinin qarşısını almaq məqsədilə Suriya rejiminin mövqelərinə müdaxilə etdiyini xatırladıb, milyonlarla insanın həyatının xilas edildiyini qeyd edib.

Ərdoğan bu dövr ərzində Türkiyəyə təriflər yağdıran ölkələrin qismən koronovirus epidemiyasının təsiri ilə Suriyadakı humanitar böhranı unutduğunu ifadə edib:

“Vətəndaş müharibəsi Qərbin növbəti vicdani böhranınadək 'köhnə xəbər' statusuna qayıtdı. Demokratiya, azadlıq və insan hüquqlarının yenidən dəb olduğu bu günlərdə insanlığın Suriyadakı icraatları səmimiyyətimizin ölçüsü olacaq. Regionda sülh və sabitliyin yenidən bərqərar edilməsinin Qərbin Türkiyəni səmimi və güclü bir şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram".

Suriya böhranının 10-cu ilində sadəcə demokratiya, azadlıq və insan hüquqlarını tələb etdikləri üçün yüz minlərcə insanın öldürüldüyünün və işgəncəyə məruz qaldığının, milyonlarla insanın didərgin düşdüyünün xatırladılmalı olduğuna diqqət çəkən prezident Ərdoğan sözlərinə belə davam edib:

"Əsəd rejimi və tərəfdarlarının bu qanuni tələbləri məhv etmək cəhdi terrorizm və nizamsız mühacirət kimi ağır nəticələrə səbəb oldu. Bir çox ölkə müxtəlif səbəb və ya bəhanələrlə Suriyadakı münaqişəyə qarışsalar da faciənin başlanğıc nöqtəsini qaçırdılar. Nəticə olaraq, Yaxın Şərqin ən əhəmiyyətli ölkələrindən biri heç vaxt bitməyəcəkmiş kimi görünən bir qırğının ortasında tək qoyuldu. Qürurla deyə bilərəm ki, Türkiyənin mövqeyi Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç dəyişməyib. Türk milləti hesab edir ki, bütün suriyalıları təmsil etmə qabiliyyətinə malik bir siyasi sistem qurulması sülh və sabitliyin yenidən bərqərar olması üçün çox vacibdir. Suriya xalqının ən əsas insan ləyaqəti tələblərinə cavab verməyən bütün planları rədd edirik. Çünki bu kimi variantlar böhranı daha da dərinləşdirəcək. Eyni zamanda Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edilmədən dinc yolla davamlı bir həllin mümkün olmadığını vurğulayırıq”.

R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin son 10 ildə sözlərini əməllərilə gücləndirdiyini bildirib:

“Türkiyə bir yandan milyonlarla qaçqına sığınacaq verib, digər tərəfdən isə, İŞİD başda olmaqla, Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qarşı hərbi qüvvələrindən istifadə edən ilk ölkə olub. Terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizlik zonaları yaratdıq; orada ümidin yenidən cücərməsi üçün səbr və qətiyyətlə bütün lazımi addımları atdıq. Təəssüf ki, yerli tərəfdaşlarımız olan “mülayim müxaliflər”, İŞİD və digər terror təşkilatı olan PKK-nın məğlub edilməsindəki əmək və fədakarlıqlarına baxmayaraq, mütəşəkkil bir qarayaxma kampaniyasının hədəfi olmuşdur. Türkiyənin yerli ünsürlərlə birlikdə yaratdığı təhlükəsizlik zonaları qonşumuzun gələcəyinə olan bağlılığımızın sübutudur. Bu bölgələr həm barış və sabitlik adaları, həm də özünü təmin edən ekosistemlər halına gəlib. Hüquq-mühafizə orqanlarının formalaşdırılması və təhsili, elektrik və su kimi infrastrukturun yaxşılaşdırılması, məktəb və xəstəxanaların yenidən açılması kimi əsas layihələri həyata keçirdik”.

Türkiyənin eyni zamanda 2019-cu ildə BMT Baş Assambleyasında açıqladığı plana əsasən Suriyada sığınacaqlar inşa edərək bölgədə uzun illərdir yaşanan sığınacaq problemini aradan qaldırdığını ifadə edən Türkiyə prezidenti “Ölkəmiz bütün bu tədbirləri həyata keçirərək Avropanı nizamsız miqrasiya və terrordan qoruyub, NATO-nun cənub-şərq sərhədinin təhlükəsizliyini təmin edib. Etdiklərimiz dəyərlərimizi əks etdirməkdədir: Türkiyənin məzlumların ümidi, günahsızların himayədarı və məsələnin açarı olması iddiamızı dəstəkləməkdədir.”, - deyib.

Qərbin üç variantının olduğuna diqqət çəkən Ərdoğan sözlərinə belə davam edib:

“Birinci variant Suriyada yaşanan hadisələri tribunadan izləyərək daha çox günahsız insanın həyatını itirməsidir. Bu yanaşma nəinki Qərbin əxlaqi iddialarını zəiflədər, eyni zamanda terrorizm və nizamsız miqrasiya kimi yeni təhdidlər meydana gətirərək beynəlxalq təhlükəsizliyə və Avropanın siyasi sabitliyinə zərər verər. İkinci variant qalıcı bir həll üçün tələb olunan bütün hərbi, iqtisadi və diplomatik səyləri göstərməkdir. 10 ildir heç bir ciddi addım atmayan Qərb liderlərinin belə bir niyyəti olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.

Son və ən məqbul variant isə Qərbin Türkiyəni dəstəkləməsi, minimum xərc və maksimum təsirlə Suriyada məsələnin həllinin bir parçası halına gəlməsidir. Burada konkret gözləntimiz bəllidir. Qərbin əvvəlcə təhlükəsiz bölgələrə hücum edən və əli qanlı rejimi dəstəkləyən YPG-yə qarşı açıq bir mövqe nümayiş etdirməsinə ehtiyac var. Bunun əvəzinə Suriyanın qanuni müxalifətinə lazımi dəstək göstərilərək sülh və sabitliyə investisiya qoyulmalıdır. Bundan əlavə, Qərb ölkələrinə humanitar böhrana son qoyulması məsələsində öhdələrinə düşən məsuliyyəti yerinə yetirmələri üçün çağırış edirik. Türkiyənin yükünün paylaşılmaması Avropaya yeni köç dalğaları ortaya çıxara bilər. Nəhayət, Qərbin Suriyanın daxilindəki təhlükəsiz bölgələrə sərmayə qoymasını və bu sülh layihəsini açıq şəkildə dəstəkləməsini tələb edirik. Suriya üçün demokratik və firavan gələcək alternativinin olduğunu bütün dünyaya göstərmək məcburiyyətindəyik”.

Ərdoğan məqaləsini "Türkiyə humanitar yardımlara liderlik edərək, terror təşkilatlarına qarşı ön sıralarda yer alaraq və diplomatik proseslərə aktiv töhfə verərək Suriyada lazım olanı edə biləcək tək ölkə olduğunu sübut edib. Bayden höküməti seçki kampaniyasında verdiyi vədlərə əməl edərək Suriyadakı faciəni sonlandırmaq və demokratiyanı müdafiə etmək üçün bizimlə birlikdə çalışmalıdır. Türk milləti suriyalı qonşularının mənafelərinə xidmət edən, regional sülh və sabitliyə töhfə verən hər cür təşəbbüsü dəstəkləməyə hazırdır", - sözləri ilə tamamlayıb.

SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ