Türkiyədə Azərbaycanın Qarabağ Zəfəri ilə bağlı daha bir anlamlı addım atılıb.
Baki-xeber.com-un Haberbiz-dən aldığı bilgiyə görə, Türkiyə Zərbxana Baş Direktorluğu Azərbaycanın Qarabağ Zəfərini simvollaşdırmaq və şəhidlərin əziz xatirəsini yaşatmaq üçün dünya şöhrətli azərbaycanlı rəssam Rafiq Əzizin tərtibatı ilə Xatirə monetləri hazırlayıb. Pulların bir üzündə gerbimizin təsviri ilə Günəş şüalarının işıqlandırdığı Azərbaycanın artıq bütövləşmiş ay-ulduzlu xəritəsi, digər üzündə isə Xarıbülbül təsviri yer alıb.
Xəbərə görə, ilk partiyada 1650 ədəd monet hazırlanıb, onlardan 758 ədədi paylanıb.
SAMİRƏ