Kür çayı yoxa çıxır. Ətraf kəndlər susuzluqdan yanır, bunun axırının nə olacağı bu gün bölgədəki hər kəsin bir-birinə verdiyi sualdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə redaksiyaya Salyan sakinləri məlumat verib. Bildiriblər ki, hər keçən gün “qınına çəkilən” Kür çayı hazırda sözün həqiqi mənasında axmır və tamamilə şorlaşıb. Əkin sahələri kimi insanların da artıq su qıtlığından ciddi əziyyət çəkdiyini deyən Salyan sakinləri bildirir ki, belə davam edərsə, Kür çayının xatirələrdə yaşaması qaçılmaz olacaq.
Həmsöhbətimiz olan Salyan sakini söhbət əsnasında bir maraqlı məqama da toxundu. Dedi ki, İranda Urmiyə gölü quruyanda haray çəkən, birlik olan insanlarımız niyə Ana Kürün taleyinə biganədir, onun problemini gündəmdə saxlamırlar.
Bizcə də maraqlı sualdır... Niyə...
Baki-xeber.com
(Fotolar İsgəndər Qəmbərova aiddir)