Rusiya dünyada koronavirusun ilk vaksininin kliniki sınaqlarını uğurla başa çatdırıb, alimlər onun insan orqanizmi üçün təhlükəsizliyini təsdiq edib.
Baki-xeber.com bu barədə RİA “Novosti”-dən xəbər əldə edib. Xəbərə görə, Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bu barədə açıqlama verib.
"Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını uğurla həyata keçirdi", - deyən Tarasovun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq. Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev isə öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyi alimlər tərəfindən tam olaraq təsdiq edilib, yoxlananarın sağlamlığında heç bir problem müşahidə olunmur. Lukaşev onu da deyib ki, vaksinin təhlükəsizliyi təsdiq olunub.