Bazar ertəsi günü, 17 avqust 2026
     

Azərbaycanda ilk özəl klinikanın təsisçisi qadın sahibkar maraqlı açıqlamalar verdi...

Image


"Diamed-Co" şpris istehsalı zavodunun yaranmasından bir il ötür. Pirallahı Sənaye Parkında yerləşən zavod şpris istehsalı sahəsində nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük istehsal müəssisəsidir və əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində böyük işlər görüb.

Zavodun təsisçisi Aytən Quliyevanın müsahibəsi

 Aytən Quliyeva Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan A.Quliyeva 20 ildən artıqdır sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycanın ilk özəl klinikası - "Baku Clinic"in təsisçisidir. Ötən il yaradılan "Diamed-Co" şpris istehsalı zavodunun layihə müəllifi və təsisçisi olan xanım sahibkar dəfələrlə dövlətimizi beynəlxalq miqyaslı tədbirlərdə və simpoziumlarda təmsil edib.

- "Diamed-Co" şpris istehsalı zavodunun fəaliyyətə başlamasından bir il ötür. Nəyə nail oldunuz və qarşıda hansı planlarınız var?

- Əvvəlcə onu qeyd edim ki, 1999-cı ildə Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini - "Baku Clinic"i təsis etmişəm. Biz bu işə kiçik laboratoriya kimi başlasaq da, hazırda "Baku Clinic" paytaxtın aparıcı klinikalarından biridir və 220 personalı ilə ölkə əhalisinin xidmətindədir. Bütün bunları qeyd etməkdə məqsədim bu sahədə uzun illik təcrübəyə malik olduğumuzu xatırlatmaqdır. Görəndə ki, qeyri-neft sektorunun inkişafı və yerli istehsal müəssisələrinin yaradılması ilə bağlı Cənab Prezident İlham Əliyev çoxsaylı sərəncamlar verir, çağırışlar edir, qərara gəldiik ki, biz də bu prosesdən kənarda qalmayaq. Şpris istehsalı zavodunu qurmaq üçün hərəkətə keçdik və bu istiqamətdə fəaliyyətə başladıq. Baxmayaraq ki, bu sahə çox çətin sahədir və yüksək məsuliyyət və dəqiqlik tələb edir, biz zavodun layihəsini hazırlayıb, İqtisadiyyat Nazirliyinə təqdim etidk. Layihə çox yüksək qiymətləndirildi və nəticə etibarilə Azərbaycan hökuməti ilə müştərək "Diamed-Co" şpris istehsalı zavodunun əsasını qoyduq. Bilirsiniz ki, Möhtərəm Prezident İlham Əliyev zavodun açılışını etdi və işə saldı. Dövlət başçısı öz tövsiyyələrini verdi və dövlətimizin hər zaman bizim yanımızda olacağını söylədi. Artıq zavodun fəaliyyətə başlamasının bir ili tamam oldu. Yeri gəlmişkən, fürsətdən istifadə edib, zavodun ərsəyə gəlməsində zəhməti olan hər kəsi bu münasibətlə təbrik edirəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu böyük uğurdur və necə ki, Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini biz qurduq, tibbi istehsal zavodunun da birincisini yaratmaq bizə qismət oldu. Zavod tam olaraq Almaniya və İsveç texnologiyası əsasında qurulub. Yaxın zamanlarda bizim şrpislər pandemiya ilə bağlı ölkəmizin adından humanitar yardım olaraq xaricə göndərildi.

- Hazırda müəssisədə işçi qüvvəsi nə qədərdir və idxala nisbətdə yetərli qədər məhsul istehsal edə bilirsinizmi?

- Bir məqama diqqət çəkmək istəyirəm ki, bizim məhsullar Avropa protokollarına mütənasibdir və iynə ucları Yaponiyanın Nipro, xammal isə İsveçrənin İnyos şirkətlərinə məxsusdur. Hazırda dörd çeşiddə məhsul istehsal edirik və bunlar 2, 5, 10 və 20 qramlıq şprislərdir. İllik istehsal gücümüz 150 milyon ədəddir. Halbuki, statistik araşdırmalara görə, Azərbaycanın illik şpris tələbatı 130 milyon ədəddir. Bu günə qədər 35-40 faiz gücümüzlə çalışmışıq. Qarşıdakı aylarda isə 100 faiz gücü ilə çalışmağı hədəfləyirik. Artıq iki növbəli iş rejiminə keçidi təmin etmişik və hazırda 51 işçimiz fəaliyyət göstərir. Yaxın zamanlarda onların sayını 150-yə qaldırmağı düşünürük. Sizə adi bir nümunə çəkim: Almaniyanın tamamilə eyni texnologiya əsasında istehsal etdiyi şprislər apteklərdə 1 manata satıldığı halda bizim istehsal etdiyimiz şprislər 8-10 qəpik civarındadır.

- Koronavirus pandemiyası əczaçılıq sənayesinin inkişafını qaçılmaz edir. Digər hansı sahələrdə fəaliyyəti nəzərdə tutursunuz?

- Bütün dünyada qəbul olunub ki, şpris əhalinin sağlamlığının təhlükəsizliyinə xidmət edir. Hazırda ikinci layihə üzərində işləyirik ki, bunun adı həyati əhəmiyyətli serrum istehsalı zavodu olacaq. Bildiyiniz Natrium xlorid, Ringer və bütün bu qəbildən olan məhlulları istehsal edəcəyik. Məlum olduğu kimi, adını çəkdiyim məhlullar həyati əhəmiyyətlidir və yaxın bir il ərzində bu layihəni həyata keçirməyi nəzərdə tuturuq. Eyni zamanda "Diamed-Co" şpris istehsalı zavodu olaraq çeşid sayını artırmağı planlaşdırırıq. Bu sıraya insulin iynələri, cərahiyyədə istifadə olunan vazofikslər, vakuumlu kəpənək iynələri və s. aiddir ki, təxminən üç ay sonra onların istehsalına başlayacağıq. Rusiya, Gürcüstan və digər qonşu ölkələrə də məhsul satmaq planlarımızdandır. Çünki Gürcüstanda zavod yoxdur, Rusiya isə 65 faiz məhsulu xaricdən idxal edir. Bu istiqamətdə bazar araşdırmaları davam edir və yəqin ki, gələn il məhsullarımız xarici bazara çıxarılacaq. Zavodumuz və istehsal etdiyimiz məhsulların keyfiyyətinə gəlincə, İSO sertifikatlarının hər ikisini əldə etmişik. Bunlardan biri istehsal, digəri isə məhsul üçündür. Bir sahibkar olaraq apardığım müşahidələrə rəğmən deyə bilərəm ki, son illər Azərbaycanda istehsal müəssisələrinin sayında ciddi artım var və prosesin bu şəkildə inkişafı Azərbaycanın idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Digər tərəfdən ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının qarşısında yeni imkanlar açır və artıq bu islahatların nəticələrini hər birimiz öz gündəlik həyatımızda hiss edirik. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti əminliklə söyləməyə əsas yaradır ki, Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövləti olaraq qarşıda daha böyük nailiyyətlər gözləyir və yəqin ki, bu gedişlə idxaldan asılılığımız tam şəkildə aradan qalxacaq.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ