Göyçay rayonunun Çayarxı kənd sakini Nəriman Paşayev və Bərdə rayonunun Şorəlli kəndində yaşayan Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün Nazim Paşayev isə göndərdikləri məktubda Prezidentin pandemiyaya qarşı əzmkar fəaliyyətini belə dəyərləndirdilər:
Nəriman Paşayev:“Cənab Prezident, Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcək. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.
Nazim Paşayev:“Dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident! Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram”.