Bakının Nəsimi rayonundan Zinyət Əhmədova Azərbaycanda COVİD-19 virusuna qarşı görülən tədbirlərin uğurlu nəticələrə gətirəcəyindən əminliyini Prezident İlham Əliyevə göndərdiyi məktubda belə izah etdi:
“Hazırda Planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir. Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətinizlə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun!”.