Bakı şəhəri Suraxanı rayon sakinləri Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədxanov və Validə Abdullayeva Prezidentə təşəkkür məktubunda yaşadıqları rayonun abadlığından da yazdılar:
”Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!”.
Baki-xeber.com